Bakı şəhər Təhsil İdarəsinin sabiq müdiri, dünən Şəmkirə icra başçısı təyin olunmuş Rəşad Tağıyevin villasının şəkili yayıldı - FOTO
Paralel.az bildiri ki, Elşən Qafarov "Facebook”da yeni tikilməkdə olan 4 mərtəbəli villanın fotosunu paylaşaraq, onun Rəşad Tağıyevin çoxsaylı mülklərindən biri olduğunu yazıb.
"Gördüyünüz bu "kiçik” malikanə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin yeni tikdirdiyi mülklərindən sadəcə biridir. Həzi Aslanov metrostansiyası yaxınlığında, "keçmiş hərbi hissə” adlanan ərazidə, Kazımağa Kərimov küçəsində yerləşir, qiyməti 1,5 milyon manat dəyərində olmaqla, 4 mərtəbəli mülkdür. Dübəndi qəsəbəsində bu malikanədən 2 dəfə böyük daha bir malikanə də R.Tağıyevin son vaxtlar da əldə etdiyi əmlaklardan biridir.
Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin yeni tikdirdiyi milyonluq villası - FOTOFAKT
Deyirəm, görəsən "şəffaf” işləyən birinin kiçik bir zaman ərzində bu qədər böyük sərvəti ələ keçirməsi nəyin hesabınadır? R.Tağıyevin şəxsi biznesi yoxdur, daha doğrusu Bakı şəhərində yerləşən 316 ümumi təhsil məktəbindən başqa şəxsi biznesi yoxdur…
Dünın ölkə Prezidenti tərəfindən Şəmkirə icra başçısı təyin olunan Rəşad Tağıyevin özündən əvvəlki icra başçıları ilə nisbətdə təmiz işləyəcəyi həddindən çox şübhəlidir. Çünki onun Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində qazandığı milyonların Şəmkirdə rüşvət və korrupsiya vasitəsilə daha da şişməyəcəyinə heç kəs şübhə etmir.
Röyal