Yeni təyin olunan icra başçıları kimlərdir? -DOSYE

Yeni təyin olunan icra başçıları kimlərdir? -DOSYE
 

 

Prezident İlham Əliyevin sərəncamı ilə Şəmkir rayonunun icra başçısı vəzifəsinə təyin olunan Rəşad Tağıyev bundan əvvəl Təhsil Nazirliyində məsul vəzifədə çalışıb.

O,nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri olub.

Rəşad Tağıyev 1981-ci ildə Neftçala rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini "Hüquqşünaslıq” ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiyev Milli Universitetində "Korporativ hüquq" üzrə magistr elmi-ixtisas dərəcəsi alıb.

2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb.

2007-2013-cü illərdə "Ata Konsaltinq” MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və "Konsaltinq-AZ” MMC-də Baş direktorun müavini kimi fəaliyyət göstərib.

2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb. Təhsil nazirinin 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. Sonuncu iş yeri isə yuxarıda qeyd etdiyimiz kimi nazirliyin şöbə müdiri vəzifəsi olub.

Ölkə başçısının digər sərəncamı ilə Cəlilabadın icra başçısı vəzifəsinə təyin olunan Rafiq Cəlilov isə 13 yanvar 1963-cü ildə anadan olub. 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu iqtisadçı ixtisası üzrə bitirib.

Özəl sektorda, Xəzər Dəniz Gəmiçilik İdarəsində, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb.

Prezidentin 14 fevral 2006-cı il tarixli sərəncamı ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilib.

Prezidentin 10 iyul 2009-cu il tarixli sərəncamı ilə isə Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini postuna təyinat alıb.

Əmlak Məsələləri Dövlət Komitəsi İqtisadiyyat Nazirliyinə birləşdirildikdən sonra da bu vəzifəsinidə qalıb. Yəni, Prezidentin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.

Ailəlidir, 3 övladı var.

Paralel.az

0.13215708732605