Erməni müxalifəti seçkilərdə azərbaycanlıların iştirakını təklif edir

Erməni müxalifəti seçkilərdə azərbaycanlıların iştirakını təklif edir
 

Paralel.az xəbər verir ki, Ermənistan parlamentində müxalifətdən olan deputatlar rişxəndlə Azərbaycan vətəndaşlarının seçkilərdə iştirakının təmin olunmasını təklif edib.

Xəstə təfəkküyrlü erməni cəmiyyəti Ermənistanı demək olar ki, bütün dünyadan təcrid edib, amma buna baxmayaraq cəmiyyəti yalançı eyfaria ilə xəstələndirən mərkəzlər hələ də öz işindədir. Ermənistanda bu tendensiyanı sürdürən əsasən indi müxalifətdə olan, Sarkisyan-Koçaryan cütlüyünün tərəfdarlar, yəni rusmeyilli qüvvələrdir. Bunları "rusmeyilli" deyil, sözün əsil mənasında Rusiyanın Ermənistandakı beşinci kalonu adlandırmaq daha doğru olardı. Ermənistan cəmiyyəti son parlament seçkilərində sübut etdi ki, artıq ayılıb, kimin kim olduğunu bilir. Nitkol Paşinyan müharibəni uduzsa da xalq Koçaryan-Sarkesyan cütlüyünə deyil, məhz baş nazirin partıyasına və onun müttəfiqlərinə səs verdi. Bu böyük dönüşü indi Ermənistanda yalnız Rusiyanın adamı ola, müxalif deputatlar həzm edə biləmir. Ona görə də vaxtaşırı belə gülməli və cəlbedici təkliflərlə çıxış edirlər.

Bu dəfəki cəlbedici təklifi miüxalifət partiyasının parlament fraksiyasının katibi Ayk Məmicanyan parlamentdə çoxluq təşkil edən hakim partiya nümayəndələrinə müraciətində irəli sürüb: "Sizin lider Nikol Paşinyanın onların (azərbaycanlıların) yanında böyük hörməti var və seçkilərdə yaxşı səs yığa bilər".

Onun sözlərinə görə, əgər bu cür davam etsə, Zəngəzurun bəzi kəndlərinin sakinləri gələcək seçkilərdə viza vasitəsilə səs verəcəklər.

Emənistan parlamentinin müxalif fraksiyadan olan deputatı Ayk Məmicanyan, əlbəttə, bu təklifi Nikol Paşinyanın barışdırıcı siyasətinə rişxəndlə dilə gətirir. Amma özləri nə təklif edir, revanş və yeni savaş. Paşinyanın barış siyasəti perespektiv inkişaf vəd edirsə, müxalifətin revanşizm təklifi Ermənistanı bir dövlət kimi xəritədən silinmə təhlükəsinə süpükləyir. Bu kontekstdən çıxış etdikdə Paşinyana rişxənd edən Ayk Məmicanyan xalqını heç də sevinc və xoşbəxtlik deyil, fəlakət vəd edir.

Akif Nəsirli

 
0.080540895462036