“Sən siyasətlə məşğul olursan"

“Sən siyasətlə məşğul olursan
 

 

Yasəmən Qaraqoyunlu:" Sən siyasətlə məşğul olursan" deyərək hər yerdə danlandım. İş yerində direktor danlayır, elmi rəhbər danlayır, qohumlar danlayır, qonşular danlayır, dostlar danlayır. Danlamaq bir yana, bu sözü elə bir ittiham şəklində deyirlər ki, sanki siyasətlə məşğul olmaq cinayətmiş. Az qala özümə qəbul ettirmək istəyirlər ki, sən cinayətkarsan. Hər yerdə, hər kəs siyasətlə məşğul olma, danışma, sus, sus deyir. İnsanlar dostlar bizdən qaçır, uzaq gəzir, haqqımızdakı fikirlər gözlərindən oxunur. Təhlükəli, qorxulu, cinayətkar ifadəsi var üzlərində. Bu necə toplumdur, bu necə millətdir yahuuu. Bu necə professor, necə elmlər doktordur.

Əvvəllər "siyasətlə məşğul olur, höküməti tənqid edir, möhtərəm prezidentimizi tənqid etdiyi üçün dövlətçilik düşmənidir" deyirdilər. İndi daha " dövlətçilik düşmənidir" damğasını vurmağa cürət etmirlər də, amma "siyasətlə məşğul olma" ğı cinayət kimi alqılayırlar.

Mənim dədəm, babam, babamın babası siyasətlə məşğul olmadığı üçün Göyçə Qaraqoyunlu Elini, İrəvan xanlığını Ermənilərə, Ruslara verməyə məcbur oldu, vətən savaşında, siyasi savaşda məğlub oldu, öz torpağından evindən qovuldu, qaçdı, yox oldu....

Mənim dədəm erməniyə məğlub oldu. Ermənilər gəldilər, dədəmin kəndini, evini, bağını əlindən aldılar, özünü də torpağından qovdular...

Erməniyə məğlub olmaq ən böyük cinayətdir.
Mən alnımızdakı tariximizdəki bu cinayətimizi silmək üçün siyasətlə məşğul olmağa məcbur oluram.”
Paralel.az

0.01972508430481