Qətər Talibanı qadın hüquqlarına hörmət etməyə çağırdı

Qətər Talibanı qadın hüquqlarına hörmət etməyə çağırdı
 

Paralel.az Qazeta.ru-ya istinadən xəbər verir ki, Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Thani Talibanı Əfqanıstanda hakimiyyətə gəldikdən sonra elan etdikləri öhdəliklərə əməl etməyə çağırdı.

Qətər xarici işlər nazirinin bazar ertəsi Türkiyənin TRT telekanalına istinadla verdiyi məlumata görə, Kabildə keçirilən görüşdə o, Talibanı qadın hüquqlarına hörmət etməyə və beynəlxalq ictimaiyyətlə əlaqələri inkişaf etdirməyə çağırıb.

Al Thani Qətərdən gələn təyyarələrin Kabil hava limanına uçmağa davam edəcəyini də qeyd etdi.

Qeyd edək ki, Qətərin xarici işlər naziri Əfqanıstanda Taliban hakimiyyəti ələ keçirəndən sonra Kabili ziyarət edən ilk nazir səviyyəli dövlət məmur oldu. O, Əfqanıstanın yeni baş naziri Həsən Axund ilə görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi yollarını da müzakirə etdi.

Akif Nəsirli

0.021659851074219