Avropada qaz min kubmetr 737 dollara yüksəldi

Avropada qaz min kubmetr 737 dollara yüksəldi
 

Paralel.az iNTERFAX.RU-ya istinadən xəbər verir ki, bazar ertəsi ICE Futures birjasında qaz üçün "TTF spot" indeksi üzrə oktyabr fyuçerslərinin qiyməti ticarətin ilk iki saatında 3,5% artaraq 1 kubmetri 60,5 avroya və ya min kubmetri 737 dollara çatıb. Bundan saat yarım əvvəl qazın min kubmetrinin qiyməti 727 dollara qalxdığı bildirilirdi.

Avqust ayında TTF indeksi üzrə bağlanan müqavilənin orta dəyəri 533 dollar, sentyabrın əvvəlində - min kubmetr üçün artıq 658 dollar idi. İlin əvvəlindən etibarən TTF üzrə bazar günü müqavilənin orta qiyməti min kubmetr üçün 344 dollar olub.

Avropadakı boru kəmərlərində və mayeləşdirilmiş qaz axınıda məhdudiyyət yaranması səbəbindən Avropanın yeraltı anbarlarında ehtiyatların azalmasına görə təbi qaz bahalaşır.

Yeraltı saxlama anbarlarından istifadə rejiminə keçməyə bir aydan bir qədər çox vaxt qalıb. Hazırda ehtiyatların səviyyəsi 70%-dir. Bazar günü səhər ehtiyatlar 70.45% səviyyəsində, yəni beş illik ortalamadan 15.7 faiz aşağı olub.

Avqustun sonundan etibarən "Qazprom" Almaniyanın "Rehden" və "Katharina" yeraltı anbarlarına qaz vurmağı dayandırıb.

Qiymətlərin artması Avropanın mayeləşdirilmiş təbii qaz axını uğrunda rəqabət aparmasına kömək edir. Sentyabr ayında bölgənin terminallarına maye qaz axını avqust ayına nisbətən təxminən 20% artır.

Akif Nəsirli

0.080712080001831