Rəsmi Ermənistan təşviş və qorxu içindədir
Paralel.az xəbər verir ki, İrana gedən yük maşınlarının yoxlanılması və Ermənistan ərazisində qazıntıların aparılması düşmən ölkədə təşvişə səbəb olub. Xəbərə görə, Azərbaycan əsgərləri Sünik bölgəsindəki Qara Göl yaxınlığında qazıntılar və istehkamlar quraraq qışa hazırlaşırlar. Erməni deputatı Vahe Akopyan jurnalistlərə açıqlamasında mövcud vəziyyəti yolverilməz adlandırıb. Xəbərə görə, əsgərlər mayın 12-dən Qara Göldə möhkəmlənməyə çalışır: “Oxşar vəziyyət Geqarkunik bölgəsinin Kut və Verin Şorja kəndlərində də yaranıb. Bu müddət ərzində Rusiyanın vasitəçiliyilə bir neçə dəfə danışıqlar aparılıb. Lakin azərbaycanlılar ordan ayrılmaq fikrində deyillər”.
Akopyan Azərbaycan polisinin Ermənistana daxil olan İran yük maşınlarını yoxlamasından da narahatlığını söyləyib. O öncə deyib ki, əvvəllər Vorotan kəndinin Azərbaycan toponimi olduğu barədə bəyanat yayılıb və Eyvazlı ifadəsi işlədilib: “Tədricən bizə bunun guya Azərbaycan ərazisi olduğunu öyrədirlər. Azərbaycan tərəfi Qafanı Ermənistanın qalan hissəsindən hər an kəsə bilər. Sünikdəki ticarət dövriyyəsinin 40 faizə qədəri İran üzərindən həyata keçirilir. Bu yük daşımaları indi təhlükə altındadır. Tehranın vəziyyətə reaksiya verəcəyinə əminəm”.
Təşvişə düşən erməni tərəfi sentyabrın 12-də azərbaycanlı polislərin sənədləri və yükləri yoxlamaq üçün Gorus-Qafan yolunda İran yük maşınlarını saxladığını bildirib.
Nigar