Ermənilərin Gürcüstandakı növbəti təxribatı
Kamal Salayev
AMEA–nın Qafqazşünaslıq İnstitutunun
Gürcüstanşünaslıq şöbəsinin mütəxəssisi
2021-ci ilin sentyabrın 9-da gürcü mətbuatının [1] yayımladığı xəbərə əsasən, Kvareli şəhərinin Çavçavadze küçəsində yerləşən “Gürcüstan Bankı”nın filialına hücum etmiş silahlı şəxs saxlanılmışdır. Belə ki, 49 yaşlı silahlı şəxs qanunsuz şəkildə silah əldə edərək banka hücum etmiş, oradakı 13 nəfəri girov götürmüş və külli miqdarda pul tələb etmişdir. Aparılan əməliyyat zamanı banka hücum edən silahlı şəxs saxlanılmış, girovlar isə azad olunmuşdur. Hadisə ilə əlaqədar olaraq “terror aktı”, eləcə də “terror məqsədi ilə girovların tutulması” maddəsi ilə cinayət işi açılmışdır.
Məlum məsələdir ki, bu baxımdan erməni cinayətkarları öz məqsədlərini həyata keçirməkdən ötrü gürcü soyadlarını [2] qəbul edərək özlərini gürcü kimi təqdim edirlər ki, bu yolla da gürcülərin adından istənilən növ təxribata yol verirlər. Belə bir məqamda isə “Gürcüstan Bankı”na hücum edən terrorçunun da erməni olması ehtimalı yaranır. Çünki tədqiqat zamanı aşkar olunan digər faktlar bizə belə bir qənaətə gəlməyə imkan verir. Buna sübut olaraq, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları [3] - Artur Danielyan və Karen Mirzoyanın hərbi hissəyə məxsus silahlardan istifadə edərək bank soyduqlarına görə cinayətə cəlb olunmalarını göstərmək olar. Başqa bir sübut olaraq, ermənilərin Moskva bankından necə 18 milyon rubl oğurladığını qeyd etmək olar. Belə ki, 4 nəfər Ermənistan sakini Moskvanın Kaluqa [4] vilayətindəki banka hücum edərək 18 milyon rubl oğurlamışlar. Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, sözügedən hadisə 2014-cü ilin avqustunda baş vermişdir. Verilən məlumata əsasən, cinayəti törədənlər 36 yaşdan - 44 yaşa qədər 4 nəfərdən ibarət Ermənistan sakinləri olmuşlar. Aparılan əməliyyat nəticəsində cinayətkarlara məxsus tapança, telefon, sim kart, ratsiya və xarici maşın aşkar olunaraq götürülmüşdür. Daha bir sübut olaraq, ermənilərin Kaliforniyadakı [5] Burbankı soymaq cəhdini göstərmək olar. Bu barədə Kaliformiyanın “Burbank leader” adlı qəzeti məlumat vermişdir. Həmçinin, həmin vaxt xəbər Ermənistanın - news.am adlı informasiya agentliyində də öz təsdiqini tapmışdır. Məlum olmuşdur ki, bankı soymağa cəhd edən 32 yaşlı erməni əsilli kişidir. Kaliforniyadakı banka daxil olan Aris Nazaryan kassirdən pul tələb etmiş, lakin kassirin prosesi ləngitdiyinə görə bankdan pul əldə edə bilmədən çıxmışdır. Daha sonra cinayətkar Burbankdakı mühafizəçi, eləcə də ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FBI) əməkdaşları tərəfindən saxlanılaraq həbs olunmuşdur. Qeyd etdiyimiz faktlardan da göründüyü kimi, erməni cinayətkarları nəinki müxtəlif xarakterli təxribatlar törədir, həmçinin, dünyanın müxtəlif yerlərindəki bankları da soymağa cəhd edərək özlərinə asan qazanc yolu axtarırlar. Qonşu xalqların ərazilərini işğal edərək, onların abidələrini, zəngin sərvətini və mədəniyyətini öz adlarına çıxarmaqdan çəkinməyən erməni cinayətkarları, tarixdə heç bir izi-tozu olmayan “Böyük Ermənistan” xəyalından ötrü dünyanın hər yerində dinc əhaliyə qarşı terror törədirlər.
Qeyd etmək lazımdır ki, məhz Ali Baş komandanımız İlham Əliyevin sayəsində Azərbaycan Ordusu işğalçı Ermənistan ordusu üzərində tarixi bir zəfər çaldı. Möhtərəm Prezidentimiz İlham Əliyev tarixi ədaləti bərpa edərək torpaqlarımızı düşməndən azad etdi. Qeyd edək ki, 44 günlük İkinci Qarabağ savaşı zamanı ordumuzun qarşısında aciz vəziyyətə düşən Ermənistan, günahı olmayan mülki əhalini, şəhər və kəndləri hədəfə aldı. Nəticədə günahsız mülki şəxslər, qadınlar və uşaqlar həlak oldu. Ermənistan Gəncəni, Bərdəni, Ağdamı, Goranboyu, Naftalanı, Tərtəri, Füzulini və s. bölgələri hədəfə alaraq raket atəşinə tutdu ki, bununla da dünya erməni vəhşiliyinin, onların qeyri-insani davranışının şahid oldu. Bu gün sevindirici hal ondan ibarətdir ki, azad olunmuş torpaqlarımızda - Qarabağda, eləcə də Şərqi Zəngəzurda minadan təmizləmə işləri, həmçinin, infrastruktur işləri davam etdirilir. Həmin ərazilərdə böyük infrastruktur layihələri öz əksini tapacaqdır.
Qeyd etmək lazımdır ki, Ermənistan hələ də öz işğalçılıq siyasətindən əl çəkmək istəmir. Möhtərəm Prezidentimiz İlham Əliyev çıxışı zamanı, Ermənistanla sülh müqaviləsinin imzalanmasına hazır olduğunu [6] qeyd etmişdir. Lakin görünüşə görə Ermənistan hələ də bu prosesə hazır deyildir. Belə ki, Ermənistanın məsələ ilə bağlı öz mövqeyini açıq şəkildə bildirməməsi hər kəsdə şübhə oyadır. Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin olunması vacib bir məsələdir. Lakin Ermənistan sülh müqaviləsinin imzalanması üçün heç bir səy göstərmir. Başqa sözlə desək, danışıqlardan boyun qaçıran Paşinyan Ermənistanı və erməni xalqını daha da çətin vəziyyətə salır.
Paralel.az
Ədəbiyyat siyahısı:
1. МВД: Налетчик на «Банк Грузии» в Кварели обвинен в терроризме /09.09.2021/ https://www.newsgeorgia.ge/мвд-налетчик-на-банк-грузии-в-кварел/
2. K.Salayev. Gürcüstanın din xadimi oradakı ermənilərin təxribatlarını ifşa etdi /15.02.2021/ https://ikisahil.az/post/197734-gurcustanin-din-xadimi-oradaki-ermenilerin-texribatlarini-ifsha-etdi
3. Bank yaran ermənistanlı hərbçilər istintaqa cəlb olunub /19.03.2020/ https://ordu.az/az/news/162723
4. В Москве задержали армян за ограбление банка на 18 млн руб /25.09.2014/ http://www.yerkir.am/ru/news/view/73370.html
5. В Бербанке армянин пытался ограбить банк, но пошел в библиотеку /30.10.2014/ https://www.slavicsac.com/2014/10/30/citibank/
6. Azərbaycan Prezidenti: “Ermənistan sülh müqaviləsi imzalamağa hazır deyil, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər” /14.07.2021/ https://apa.az/az/xeber/resmi-xeber/azerbaycan-prezidenti-ermenistan-sulh-muqavilesi-imzalamaga-hazir-deyil-ancaq-yaxsi-fikirlessinler-sonra-gec-ola-biler-652612