Yük maşınları Xankəndiyə nə daşıyır? – Video

Yük maşınları Xankəndiyə nə daşıyır? – Video
 
Avqustun 11-dən sentyabrın 10-na qədər İrandan Xankəndiyə müxtəlif təyinatlı 58 yük maşını gəlib, onlardan 55-i sonradan geri qayıdıb. 

Paralel.az xəbər verir ki, iranlılar sərhədi keçən zaman saxtakarlıqlara da yol verir. Onlar Laçın dəhlizi vasitəsilə Qarabağa daxil olan zaman maşına erməni nömrələri bağlayır və bununla da yük avtomobillərinin əsl sayını gizlətməyə çalışırlar.

Qeyd edək ki, 11 iyuldan 8 avqusta qədər İrana məxsus 35 yük maşını (31 yanacaqdaşıyan və 4 TIR) Xankəndiyə 70 həyata keçirmişdilər. Bununla bağlı mediada faktlar və videolar yayıldıqdan sonra Azərbaycan XİN İran səfirini dəvət edərək, etirazını çatdırmış, İran səfiri Seyid Abbas Musəvi isə bununla bağlı araşdırılma aparılıb, tədbir görüləcəyini bildirmişdi.

Heç bir tədbirin görülməməsi isə İran maşınlarının Qarabağa qanunsuz gəlişi və yanacaq və müxtəlif təyinatlı gizli nələrsə daşımasının arxasında Tehranın dayandığını təsdiqləyir.

 
 
0.066860914230347