İdris müəllim: "Görəsən, ölkənin taleyini zərrə qədər düşünən akademik baş varmı?"

İdris müəllim:
 

İdris müəllim yazır:"Pensiyaya çıxmağa hazıram, qoy yaşı 70-dən çox olan ALİMİ-KƏBİRLƏR vakansiyaları tutsunlar, hətta 2-3 vəzifəni də qamarlasınlar, gənclər isə xaricdən imdad diləsinlər...
Görəsən, ölkənin taleyini zərrə qədər düşünən akademik baş varmı? Sizin üzünüzdən Vətəndə Vətənsiz qalmışıq e, anlayırsınız?
Haradan anlayacaqsınız?!  Anlayacağınız vəzifə və puldur, ona da nail olmusunuz! Nə isə. Bir təklif:
Vallah, düz sözümdür.
Akademiya prezidenti, maddi cəhətdən zirvələr fəth etmiş, 83 yaşlı Ramiz Mehdiyevin;
2-3 iş yeri, babat imkanı, səlahiyyəti olan direktor, 75 yaşlı Möhsün Nağısoylunun;
3-4 vəzifəni tutmuş, varlı-karlı, 72 yaşlı İsa Həbibbəylinin və bu qəbildən olanların əvəzindən mən - 52 yaşlı yetim şöbə müdiri İdris Abbasov- pensiyaya çıxmağa hazıram. Bu vakansiya da olsun bir akademikin 6-cı iş yeri. Görək, nə aparacaqsınız bu gidi dünyadan? (Hərçənd ki, zehni əmək qabiliyyətimin 20-30 faizi onlarda yoxdur. İstəsələr, praktik olaraq sübut edərik). Bəs onda niyə bu vəzifələri qamarlayıb xalqa sitəm edir, dövləti zəiflədirlər? Deməli, qanunun zorunu işə salmaq zərurəti vardır.

Xatırladım ki, bu “zati-müqəddəslər” vəzifə maaşlarından, əlavə gəlirlərdən-zaddan savayı, hər ay dövlətdən izafi olaraq 2 000 AZN də titul maaşı alırlar, yəni işdən çıxıb evdə otursalar da, pensiyaya əlavə olaraq bu 2000 manatı alacaqlar. Bu 2000 manatın yarısını mənə verib pensiyaya çıxarsınlar, çox məmnun olaram, hərçənd ki, xidmətim onların xidmətindən qat-qat çoxdur. Ən azından, saxta əsərlərlə gözə kül üfürməmişəm, adını “xidmət” qoyaraq dövlət büdcəsinə sarsıdıcı zərbələr endirib biznes-miznes qurmamışam, xalqın çörəyinə əl uzatmamışam, özgəsinin haqqını mənimsəyib özümə və tayfa-tüləmə mülklər almamışam, kasıb olsam da, alnım qapalı, üzüm qara deyil və s..."

Paralel.az

0.015300989151001