TƏBİB-in icraçı direktoru Ramin Bayramlının təyin etdiyi direktorlar xəstəxanalarda rüşvət yığırlar - araşdırma

TƏBİB-in icraçı direktoru Ramin Bayramlının təyin etdiyi direktorlar xəstəxanalarda rüşvət yığırlar - araşdırma
 

 

Belə səhiyyə kimə lazımdır?!

Məlumdur ki, bur neçə ay əvvəl TƏBİB-in İcraçı direktoru Ramin Bayramlının imzaladığı əmri ilə Respublika Klinik Xəstəxanasına Yevlaxın baş həkimi Azər İsmayılov direktor təyin olunub.
FHN-nin sahibi K. Heydərovun qohumu Telman İbadov isə yenə MRX-in baş həkimi vəzifəsini icra edir. Amma xəstəxanada vəziyyət çox pisdir...

TƏBİB-in yeni direktor təyin etdiyi bir neçə xəstəxanada, həmçinin Respublika Klinik Xəstəxanasında, Beyləqan və Xocavənd Mərkəzi xəstəxanalarında xəstələrin şikayəti əsasında monitorinq keçirmək barədə qərar verdik.
Monitorinq nəticəsində məlum oldu ki, hər üç xəstəxanada durum həddindən çox pisdir. Birinin Bakı şəhərində, ikisinin isə rayonlarda yerləşməsinə baxmayaraq, hər üç xəstəxanada durum eynidir - rüşvət, korrupsiya mühiti hökm sürür, xəstələrə normal tibbi xidmətdən göstərilmir, xəstələr lazım olan dərman preaparatlarını aptekdən öz pulu ilə alır və onları müalicə edən həkimlər də xəstələrdən rüşvət alırlar...

Hər üç xəstəxanada söhbət etdiyimiz xəstələr bildirdilər ki, Azər İsmayılov Respublika Klinik Xəstəxanasına, Nurəngiz Bəşirova Beyləqan və Kifayət Hacıyeva Xocavənd xəstəxansına direktor təyin olunandan sonra xəstəxanalarda heç bir müsbət dəyişiklik yoxdur.

Direktor təyin olunmuş şəxslərin fəaliyyət prinsipləri də eynidir - işçilərin işə götürülməsi, iş yerinin dəyişdirilməsi və digər kadr əməliyyatları yalnız rüşvət əsasında icra olunur.

Xəstəxanalarda çalışan həkimlər əvvəl olduğu kimi, yenə də xəstələrdən rüşvət alır, dərmanlar dövlət hesabına yox, xəstələrin öz pul ilə apteklərdən alınır. Tibbi Sığorta tətbiq zərrəcə hiss olunmur. Necə deyərlər xəstəxanalarda durum "köhnə hamam, köhnə tas" atalar sözünə tam uyğundur.

Respublikanın xəstəxanalarına TƏBİB-in icraçı direktoru Ramin Bayramlının yeni direktorlar təyin etməsinin hər yerdə yalnız bir şeyə xidmət etdiyini müəyyən etmək mümkün oldu - korrupsiya və rüşvət!..

Çünki kadr dəyişikliyi ediləndən sonra da xəstəxanada mövcud olan rüşvət, korrupsiya və digər sui-istifadə halları ortadan qalxmayıbsa, əksinə əvvəlki çirkin əməllər bir qədər də dərinləşirsə, deməli, direktor təyinatlarının yalnız bir məqsədə - rüşvət yığmağa xidmət etdiyi çox aydın şəkildə hiss olunur.

Təəssüflə qeyd edirik ki, TƏBİB ölkədə çox pis vəziyyətdə olan səhiyyə sistemini qaydaya salmaq məqsədilə yaradılsa da, Ramin Bayramlı icraçı direktor təyin olunandan bəri ölkə səhiyyəsində heç bir müsbət dəyişikliyə rast gəlmək mümkün deyil. Amma mənfi hal istənilən qədər çoxdur...

Belə bir biyabırçı vəziyyət ortaya təbii sual qoyur: - bu cür rüşvət və korrupsiya dəryasında üzən üzdəniraq səhiyyə kimə lazımdır, cənab baş nazir Əli Əsədov?!...

Röyal

0.027040004730225