Dos. İlham Əhmədov: "Təhsil innovasiyaları inkişafın əsasıdır"
Dos. İLHAM ƏHMƏDOV
Müasir təhsildə gedən qlobal proseslərin səciyyəvixüsusiyyəti onun fasiləsiz modernləşməsidir. Təhsildəmodernləşmənin əsas məqsədi kütləvi təhsil şəraitində yüksək keyfiyyətə nail olmaqdır. İnkişafetmiş ölkələrin təhsil sistemləri qlobal tendensiyalarauyğun inkişaf edir. Təhsildə qlobal tendensiyalardünyanın yeni inkişaf səviyyəsi ilə müəyyən edilir. Bu məqsədlə bir çox ölkələrdə müvafiq təhsil strategiyaları və inkişaf proqramları hazırlanmış, hal-hazırda icra edilməkdədirlər. Bu gün təhsiləstrateji yanaşma daha vacibdir, nəinki hər hansı digərfəaliyyət sahələrinə. Bu strategiyalar və onlaraəsaslanan təhsil islahatları məhz sürətlə dəyişəndünyanın innovativ çağırışlarına cavab verməlidir.
Innovasiya nədir? İnnovasiya – yeniliyin məzmunu və onun reallaşmasıdır. Bu termindəniqtisadiyyatda, sonralar isə müxtəlif elmlərdə genişistifadə etməyə başlamışlar. Innovasiyaların, yeniliklərin yaradılması müxtəlif elm sahələrindəspesifik cəhətlərlə müəyyən edilir. Amma müxtəlif sahələrdə intellektual yeniliklərin yaradılması, ixtiraçılıq, səmərələşdirmə kimi mürəkkəb proseslərin müəyyən ümumi tərəfləri də mövcuddur. Hətta bu proseslərin alqotitmi də mövcuddur. TRİZ (teoriya reşeniye tvorşeskix zadaç), ARİZ (alqoritm reşeniye izobretatelnıx zadaç) kimi nəzəriyyə vəmetodikalar bu gün dünyada çox geniş yayılmışdır. Yaponiya, Cənubi Koreya v.s. innovasion inkişaf yolu tutan ölkələr xeyli müddətdir ki, bu fənnləri orta məktəblərdə tədris edirlər. Universitetlərə qəbul zamanı abituriyenlər bu fənndən imtahan verirlər. Fərəhli haldır ki, bu nəzəriyyələr vaxtı ilə Bakıdayaradılmışdır. Belə ki, onların müəllifi tanınmış ixtiracı G. S. Altşuller Bakıda dogulmuş və SSRİ dağılana qədər burada yaşamışdır. Bu səbəbdənmühəndis-texniki sahədə çalışanlar üçün TRİZ üzrəilk təlim kursları da Bakıda təşkil edilmişdir.
Müasir zamanda təhsildə innovasiyaların(yeniliklərin) yaranmasına səbəb ola bilən bir sıratendensiyaları qeyd etmək olar:
Bu gün insan fəaliyyətinin bütün sahələrindəinnovasiyalardan geniş istifadə edilir. Əslində bəşərtarixində innovasiyalar həmişə olmuş, bəşəriyyətin inkişafı məhz innovasiyalar hesabına mümkünolmuşdur. Son 20 ildə isə innovasiyalar haqqındadaha çox söhbətlər gedir. Bu İKT-nin sürətli inkişafı və onun müxtəlif sahələrdə tətbiqləri hesabına çoxsaylı innovasiyaların yaradılması, onların qlobal bazara çıxış imkanlarının art-ması, tətbiqlərinin operativliyi, rəqabətədavamlığın vəiqtisadi səmərənin yüksəlməsi ilə əlaqədardır.
“İnnovasiya” və “yenilik” anlayışlarısinonimlərdir, çox hallarda eyni mənada istifadəolunurlar. İnnovasiya (yenilik) – yeninin yaradılmasıvə tətbiqi prosesidir, yəni elm, texnika, iqtisadiyyat vəidarəetməni birləşdirən mürəkkəb intellektual prosesdir. O, istehsal və istehlak münasibətlərikompleksini əhatə edir. Geniş mənada innovasiyadedikdə, yeniliklərin (yeni texnologiya, məhsul, xidmət, istehsal, maliyyə, kommersiya) inzibati, təşkilati-texniki və sosial-iqtisadi qərarlar şəklindəmənfəətli istifadəsi başa düşülür. Bu səbəbdən də həm«innovasiya», həm də «yenilik» terminləri eynimənada işlənilir. İnnovasiyanı yaradan və tətbiq edəninsanlara innovator deyirlər. Yəni innovator olmadaninnovasiya və innovativ inkişaf mümkün deyil. İnnovatorun yaradıcı, qeyri standart təfəkkürə, yüksıkerudisiya və savada, sahibkarlıq qabiliyyətinə malik olmalıdır. Bu xüsusiyyətlər isə keyfiyyətli təhsil hesabına mümkündür. Deməli innovatorların, dolayısıilə innovasion inkişafda təhsilin rolunu mühümdür.
Hər bir təhsil müəssisəsi yeniləşmə prosesində 3 mərhələdən keçir:
• təşəkkül (yeni təhsil müəssisəsinin, yeni kollektivinyaranması və ya kollektivin böyük hissəsinintəzələnməsi mərhələsi).
• fəaliyyət (təlim-tərbiyə prosesinin ənənəvi, stabilproqram və pedaqoji texnologiyalar əsasında işinin təşkili mərhələsi)
• inkişaf (təlim-tərbiyənin köhnə məzmunu və mövcudpedaqoji texnologiyalar yeni sosial-iqtisadi tələblərəcavab vermədiyindən yeni məzmun, forma vətexnologiyaların yaradılması və tətbiqi mərhələsi).
İnkişafda olan təhsil müəssisələri ənənəvi, stabil formatda işləyən təhsil müəssisələrindən fərqlənir. Bu fərqlər özünü idarəetmədə də göstərir. Ənənəvi işrejimində müsbət nəticə verən pedaqoji texnologiyalar yeni-innovasion iş rejimində bəzi hallarda arzuolunan nəticələr verməyə bilər. Təhsil müəssisələrindəinnovasion fəaliyyətin əsas subyekti müəllim, idarəetmə obyekti isə təlim-tərbiyə prosesidir. İnkişafetmiş təhsil müəssisələrində idarəetmənin predmetitəhsilin məqsədi, məzmunu, metod və formalarıdır. Praktik olaraq, hər bir innovasion təhsil prosesininobyekti təhsilalanlardır. Tədqiqatçıların və təhsilmüəssisəsi rəhbərlərinin əsas vəzifəsi təhsilinproqnozlaşdırılan nətıcələrinə maksimumyaxınlaşmaqdır. Ona görə təhsil müəssisəsində tətbiqedilən hər bir innovasiya prosesi idarəedilməlidir.
Bu mənada TN-də yeni istiqamətli fəaliyyətəehtiyac var. Bu gün dünyada reallaşan təhsilislahatları əsasən təhsil innovasiyalarına əsaslanır. Ölkədə təhsil siyasətini formalaşdıran və həyatakeçirən qurum kimi Təhsil Nazirliyi təhsil islahatlarının proqnozlaşdırılmasında, layihələndirilməsində, icrasında səmərəliinnovasiyalardan istifadə etsin. Yaxşı olar ki, TəhsilNazirliyinin tərkibində (nəznində) təhsilə dairinnovasiyaların yaradılması, bu sahədə beynəlxalqtəcrübənin öyrənilməsi, təhlili, onların ölkə təhsilindətransferi (praktik tətbiqi), pedaqoji elmin son nailiyyətlərinin təhlili, təlimin yeni texnologiyalarınınöyrənilməsi, öyrəncilərə biliklərin yeni üsullarla çatdırılması, biliklərin diaqnostikası, təhsilinməzmununun yenilənməsi v.s. məqsədlərlə təhsilinistiqamətləri və pillələri üzrə xüsusi qurumunyaradılmasına və ya mütəxəssis-ekspertlərinfəaliyyətinin təşkilinə ehtiyac var.
Mütəxəssis-ekspertlərlə işin əsas məqsədi islahatların səmərəliliyin yüksəldilməsi və bu sahədəbeynəlxalq standartların tətbiqidir. Mütəxəssis-ekspertlərin vəzifələrinə təhsilin müvafiq sahələrinintəkmilləşdirilməsinə yönəlmiş inkişaf strategiyalarınıhazırlamaq, təhsil innovasiyaların öyrənilməsində vəonların praktikada tətbiqində iştirak etmək, ayrı ayrısahələrin inkişafı üzrə konsepsiya, strategiya, metodologiya, metodikalar və metodik təlimatlarıhazırlamaq, təhsil seqmentləri və müəssisələrinə təşkilati-metodik və konsaltinq yardım göstərmək və s. məsələləraiddir.
Son 5 ildə təhsil sistemində reallaşan “Təhsildəinnovasiyalar” adlı qrant müsabiqəsi də bu sahəyə realinnovativ tövsiyyələr verə bilmədi.
Paralel.az