Allah insandan nə istəyir?

Allah insandan nə istəyir?
 

Siracəddin Hacı yazır:
"ƏL-KƏRİM olan,
kərəmi çox,
səxavətdə sınır tanımayan ALLAH,
kərim KİTABINI,
içində insanlığın ortaq dəyərlərini daşıyan QURANİ-KƏRİMİ,
ilahi vəhyi daşıdığı üçün KƏRİM olan CƏBRAİLƏ,
ayə-ayə yüklədi.
Kərim Cəbrail,
əl-Kərim olan ALLAHIN
kərim Kitabını,
bərəkəti min aydan daha xeyirli,
kərim olan QƏDİR GECƏSİ,
kərim olan qoruyucu mələklərin müşayiəti ilə
ürəyi Allah sevgisi ilə dolu KƏRİM MƏHƏMMƏDİN
kərim qəlbinə yerləşdirməyə başladı.
Aləmlərə rəhmət olması,
ən gözəl örnək seçilməsi,
vəhyi daşıması ilə,
NƏBİ və RƏSUL özəlliyi ilə kərim olan elçi
bu kərim Kitabı
insanlara daşıdı ki,
qısır ağılları kərim olsun – elm doğsun,
doğmayan qəlbləri kərim olsun – imana hamilə qalsın,
susuz vicdanları kərim olsun – mərhəmət bulağına çevrilsin,
ölmüş iradələri kərim olsun – doğrunu seçsin,
susmuş dilləri kərim olsun – həqiqəti danışsın,
NƏTİCƏDƏ
toplum kərim olsun ki,
- ədalətə;
- azadlığa;
- barışa;
- rifaha;
- mərhəmətə;
- elmə;
- birliyə;
- halallığa;
- bərəkətə;
qovuşsun, cəhalət və xurafatın pislikləri, zülmün qaranlıqları yox olsun.
KƏRİM TOPLUM:
- tövhidi;
- imanı;
- xeyiri;
- gözəl əxlaqı;
- doğru sözü;
- sevgini;
- nuru;
paylaşaraq çoxaltsın;
çoxaltsın ki, əl-Kərim olan Allahın kərim cənnətinin kərim nemətlərini haqq etsin!
Dostlar, sizə Cümə duam var:
Əl-Kərim olan Allah sizin, övladlarınızın, ölkənizin qarşısına kərim olan insanlar çıxartsın, ağlınızı, ruhunuzu, vicdanınızı, iradənizi, işinizi, ailənizi sonsuz kərəmi ilə mayalasın, sizə mübarək əl-Kərim adından pay versin ki, siz də KƏRİM olasınız!
Amin!"

0.028961181640625