Erməni millət vəkillərindən Qarabağla bağlı daimi qurum ideyası

Erməni millət vəkillərindən Qarabağla bağlı daimi qurum ideyası
 

 

Paralel.az xəbər verir ki, Ermənistan parlamentinin müxalif fraksiyası “Dağlıq Qarabağ məsələsində daimi bir qurum” yaratmaq ideyası irəli sürüb. Ermənistan Milli Məclisi dövlət və hüquq məsələləri komissiyası bu gün keçirilən iclasda xarici əlaqələr komissiyasının adına “Artsax” toponiminin əlavə edilməsini təklif edən müxalifətin təşəbbüsünü rədd edib. Yeni struktur “xarici əlaqələr və Artsax üzrə daimi komissiya” adlandırılmalı imiş. Xəbərə görə, Qarabağla bağlı xüsusi komissiya qonşularına, xüsusən də Azərbaycana Qarabağ məsələsinin Ermənistan üçün prioritet kimi qalacağına dair güclü bir mesaj olacaq.

Nigar

0.032822132110596