Hərbi mövqeyini bilməyən korrupsiyaya qarşı mübarizə aparmaq iddiasındadır
Paralel.az xəbər verir ki, Ermənistan Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan 44 günlük müharibədə iştirak etdiyini açıqlayıb. O, Korrupsiya ilə Mübarizə Komitəsinin rəhbəri vəzifəsinə namizədlərə baxılarkən, müharibə dövründə döyüş mövqelərində olduğunu və dəstənin SSS və İstintaq Komitəsinin müstəntiqlərindən təşkil edildiyini söyləyib. Orduda xidmət etmədiyinə işarə edən SSS rəisi, döyüşə getməzdən əvvəl dəstənin atış poliqonunda döyüş təhsili aldığını, həmçinin ilk yardım göstərilməsini öyrəndiyini deyib. Amma Xaçatryan hərbi əməliyyatlar zamanı təmsil etdiyi dəstənin harada yerləşdiyini, harda mövqe tutduğunu izah edə bilməyib.
Nigar