Taleyin ironiyası
Soydaşlarımızı əzəli torpaqlarımızdan vaxtilə qaçqın, məcburi köçkün salan ermənilər eyni aqibətlə üzləşəcəklərini bilməliydilər. Amma fərq ondadır ki, söydaşlarımız öz halal torpaqlarımızdan məcburi çıxarıldılar, amma ermənilər özününkü olmayan, onlara yad, bizə doğma torpaqları tərk etməyə məcburdurlar. Beləliklə, sentyabrın 10-da qondarma qurumun rəhbəri Arayik Arutyunyan özləri qeyd etdiyi sayaq, “Hadrut rayonunun Azox və Draktik kəndindən, Şuşanın Karin Takdan olan köçkünləri üçün nəzərdə tutulan qəsəbələrin salındığı Əskəran bölgəsinin Aygestan və Noragux icmalarını ziyarət edib”...
Həmin qəsəbələrin tikintisini Ermənistan hökumətinin maliyyələşdirildiyi deyilir. Xəbərə görə, yaşayış sahəsində 650 fərdi ev var ki, ilk evlər də 2022-ci ildə hazır olacaq, inşaat işi isə 2023-cü ildə tamamlanacaq.
İlahi ədalətə kor olan rəsmi Ermənistan bizə 30 il öncə yaşatdığını hazırda müşahidə etməyə məcburdur. Bu günün bir vaxt gələcəyini o, otuz il öncədən düşünməliydi. Elə qara gününü də o vaxtdan “qablaşdırmalıydı”. Ki, cəmi-cümlətani 650 ev tikintisi “boğazına çatı olmasın”.
Nigar