Erməni ekspert: “Söhbət bütün infrastrukturun blokdan çıxarılmasından gedir”

 

Erməni ekspert: “Söhbət bütün infrastrukturun blokdan çıxarılmasından gedir” 
 

Paralel.az xəbər verir ki, gürcüşünas-ekspert Conni Melikyan rəsmi Tiflisin Ermənistan-Gürcüstan arasında ikitərəfli münasibətləri dərinləşdirmək istəyindən bəhs edib: “Bu gün açıq şəkildə deyə bilərik ki, münasibətlərimizi yenidən nəzərdən keçirəcək və dəyişdirəcək aydın proqramlara ehtiyacımız var. Bölgədətəhlükəsizlik məsələləri hələ həllolunmadığından, partlayıcı bir vəziyyətqalmaqdadır. İkinci Artsax müharibəsinin nəticələrinin uzun müddət hiss olunacağı, Ermənistanın tək qalması mümkündür.Gürcüstanın baş naziri ilə açıqgizli görüş, geniş tərkibdə danışıqlar, prezident Salome Zurabişvili ilə görüş çox vacib idi. Artsax məsələsi qapalı deyil, ancaq Ermənistan 9 noyabr bəyanatının müddəalarına riayət edərək, regional sabitlik yaratmağa hazır olduğunu və bölgənin inkişafına töhfə verəcəyini bəyan edir. Söhbət bütüninfrastrukturun blokdan çıxarılmasından gedir. İrəvanın mesajı çox aydındır. O, regionun sabit və təhlükəsiz olması üçün əlindən gələni edəcək ki, inkişaf etsin. Bu da Ermənistana iqtisadi fayda əldə etməyə və bütün problemlərin həllini tapmağa imkan verəcək.Ekspert deyib ki, Ermənistanla Azərbaycan arasında kommunikasiyaların bərpasına dair razılaşmalar həyata keçirilsə, Gürcüstan tranzit ölkə kimi inhisarçı mövqeyini itirəcək. Ona görə də gələcək iqtisadi itkilərin əvəzini çıxarmaq üçün Gürcüstan regional hadisələrdən kənarda qalmamağa çalışır.

Nigar

0.016561031341553