Hulusi Akar: “Türkiyənin bunu qəbul etməsi heç vaxt mümkün deyil”

Hulusi Akar: “Türkiyənin bunu qəbul etməsi heç vaxt mümkün deyil”
 

Paralel.az xəbər verir ki, Türkiyə milli müdafiə naziri Hulusi Akar Yunanıstanın ərazi sularını 12 milə qədər genişləndirmək niyyətində olduğunu açıqlayıb. Nazir KKTC lisenziyalı bölgələrdə və dəniz yurisdisiyası daxilində fəaliyyəti davam etdirəcəklərini deyib. H.Akar qonşuluq qanunlarına riayət edərək Yunanıstanla bərabərlik, ədalət və əməkdaşlığa əsaslanan həllərə inandığını söyləyib: “12 mil bütün Egey dənizinin Yunanıstanın hakimiyyəti altında olması deməkdir. Egey bir yunan gölünə çevrilir. Belə bir vəziyyətdə, donanmamızın beynəlxalq sular vasitəsilə Aralıq dənizinə çatması mümkün olmayacaq. Türkiyə Egey dənizində gəmiçilik, təhlükəsizlik və qaynaqlar baxımından əhəmiyyətli itkilər verəcək. Eyni zamanda, üçüncü ölkələr Egeydən keçərkən

Yunanıstandan icazə almalı olacaqlar. Türkiyənin bunu qəbul etməsi heç vaxt mümkün deyil. Hava sahəsinin sərhədi ərazi sularının sərhədlərini aşa bilməz. Bununla bahəm, Yunanıstan ərazi sularının 6 mil genişliyində olmasına baxmayaraq, 10 millik hava sahəsi iddia edir. Başqa sözlə, beynəlxalq sularda olan bir gəmimiz ərazi sularının sərhədlərini pozmasa da, gəmidən bir vertolyot havaya qalxanda hava sahəsini pozur. Yunanıstan qəribə və qanunsuz iddia irəli sürür. Dünyada, tarixdə və hazırda belə bir təcrübə yoxdur. Beynəlxalq hüquq qaydalarına, ağıl və məntiq prinsiplərinə məhəl qoymayan bu iddianı qəbul etməsək də, Yunanıstan ərazi sularını 12 milədək genişləndirmək xəyalları ilə hava sahəsini daha da genişləndirmək istəyir. Bunlar boş xəyallardır”.

Nigar

0.07199501991272