Noyabrda Aya uçuş sınaqları başlayacaq

 

Noyabrda Aya uçuş sınaqları başlayacaq 
 

Paralel.az xəbər verir ki, noyabrın 4-də Aya uçuş sınaqları başlayacaq. Rusiya Elmlər Akademiyası Biotibbi Problemlər İnstitutundan verilən məlumata görə, altı könüllü 240 gün birlikdə yaşamalı olacaq. Onlar həmin vaxtı “kosmik gəmi” simulyatorunda keçirəcəklər. Bu iş üçün  əvvəllər Rusiya, ABŞ və Birləşmiş Ərəb Əmirliklərindən 12 namizəd seçilib. Proses Rusiya, ABŞ, Almaniya, Fransa mütəxəssislərinin iştirakı ilə keçirilir. Layihəçərçivəsində iştirakçılar Aya uçuş, enmə və səthində bir sıra təcrübə həyata keçirəcəklər.

Nigar

0.031131029129028