Ermənistan kommunikasiyaların açılmasına ümid edir

 

Ermənistan kommunikasiyaların açılmasına ümid edir 
 

Paralel.az xəbər verir ki, baş nazir Nikol Paşinyan Ermənistanın bölgədə kommunikasiyaların açılması məsələsində qətiyyətli olduğunu deyib. Xəbərə görə, Paşinyan hökumətin 5 illik proqramını parlamentdə təqdim edərkən qonşu ölkələrlə münasibətlərin dərinləşdirilməsi və normallaşdırılmasını ən vacib iş adlandırıb: “İran və Gürcüstanla müzakirə olunan məsələlərin gündəliyində regional kommunikasiyaların inkişafı mühüm rol oynayır. Ermənistanın Rusiya və İranla dəmir yolu əlaqəsi qurması son dərəcə vacibdir. Bu məsələnin üçtərəfli formatda (Ermənistan, Rusiya, Azərbaycan) həlli üçün kommunikasiyaların açılması məsələsi müzakirə olunur. Bakının Naxçıvanla əlaqə qurmaq istədiyini anlayaraq, biz konkret nəticələr əldə etmək üçün səy göstərməyə qərarlıyıq və hazırıq”.

Paşinyn deyib ki, İrəvan Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində sülh danışıqları prosesinin bərpasına ümid edir: “Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı gündəm də vacibdir. Bunun üçün lazımi şəraitin yaradılması üçün çalışırıq”.

Nigar

0.016083955764771