Ermənilər Ermənistanın süqutunu etiraf edirlər
Artaşes Geqamyan: "N. Paşinyanın "polad mandatı"
Ermənistanı məhv etmək üçün bir alətdir"
Ermənistan istəsə də, istəməsə də Azərbaycanla münasibətləri sülh yolu ilə həll etmək məcburiyyətindədir və bunu nə qədər tez həll etsə, onun özü üçün daha yaxşıdır. Artıq Ermənistanın bir çox tanınmış şəxsləri də, bunun qaçılmaz olduğunu etiraf edirlər. Bu günlərdə Ermənistan siyasi qüvvələrinə və xalqına müraciət edən 2-ci Qaragen deyib: "Bu gün bizim üçün həyati əhəmiyyət kəsb edən əsas məsələ milli birliyə nail olmaq, cəmiyyəti düşdüyü depressiv vəziyyətdən çıxarıb, sakitləşdirməkdir. Hər şeyi düşünərək, sakit başla həll etmək lazımdır. Qisasçılıqdan, düşmənçilikdən biri-birinizi ittiham etməkdən əl çəkin. Başqa yolumuz yoxdur, biz hamımız bunu başa düşməliyik. Biz isə həmişə siyasi qüvvələri bir araya gətirmək üçün güc sərf etmək məcburiyyətində qalırıq". Biz düşünə bilərik ki, kotolikos bütün bunları bizimlə olan münasibətləri düşünərək dilə gətirib. İnandırıcı deyil.
Kotolikosun bu fikirlərini şərh edən erməni ekspert Artaşes Geqamyan da qeyd edir ki, 2-ci Qaragen öz müraciəti ilə əslində, Ermənistanda fəaliyyət göstərən bütün siyasi qüvvələri bir araya gətirmək istəyir: "Onun bu çıxışını nəzərə almadan da, başa düşmək çətin deyil ki, hazırki vəziyyətdə hakimiyyətlə, müxalif mövqedə olan siyasi qüvvələr arasındakı qarşıdurma və qarşılıqlı ittihamlar, erməni xalqına böyük faciələr gətirə, Ermənistanın isə bir dövlət kimi, yox olması ilə nəticələnə bilər". O, hesab edir ki; bu vəziyyətdən çıxmağın yeganə yolu, Ermənistan hakimiyyətində oturub anqlasaksonların və türklərin xüsusi xidmət orqanları tərəfindən idarə olunanların növbədənkanar seçkilərdə iştirakının qarşısını almaq idi. Bu omadı və N.Paşinyan yenidən hakimiyyəti ələ keçirdi. Yadınızdadırsa, məhz onun düşünülməmiş addımları nəticəsində Azərbaycanla qarşıdurmada kritik vəziyyət yarandı və sentyabr-noyabr 2020-ci il müharibəsi Ermənistana çox baha başa gəldi".
"Ermənistan bu müharibədə 5000 əsgər və zabitini itirdi, 10 minlərlə insan maddi, mənəvi və fiziki şikəsliyə məruz qaldı. 40 min insan Qarabağdakı evini-eşiyini itirdi, "Arsaxın" 75% toraqları Azərbaycanın əlinə keçdi. Bunun əsas səbəbi bizim satqınlar cəmiyyətində yaşamağımız və buna məhkum olmağımızdır. Ən böyük satqınlıq isə artıq baş verdi. Biz artıq hər şeyə hazır olmalıyıq. Onların dövlətdən imtina etdiklərini belə, görməyə hazır olmalıyıq. Necə ki, artıq ağıldan, intellekdən, sağlam düşüncədən imtina etdiklərini müşahidə edirik". Bunları isə Ermənistanda nüfuzlu nəşrlərdən biri sayılan "168-jam" nəşrinin rəhbəri, Ermənistan jurnalistlər birliyinin sədri Satik Seyranyan deyib.
O, sözünə davam etdirərək deyib: "Biz yaddan çıxarmamalıyıq ki, müharibənin ilk beş günündən sonra Rusiyanın siyasi rəhbərliyi başda prezident V.Putin olmaqla 19 oktyabr 2020-ci ildə həm N.Paşinyana, həm də Azərbaycan prezidenti İ.Əliyevə müharibəni dayandırmağı təklif etmişdi. Bundan kim imtina etdi-N.Paşinyan. Bu da Ermənistana və erməni xalqına böyük zərbə oldu".
Bütün deyilənlərdən belə bir nəticə hasil olur ki, sözün bütün mənalarında Ermənistanın siyasi hakimiyyəti Azərbaycan ordusunun 44 gündə nümayiş etdirdiyi qələbə əzmini və dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin bu dövrdə göstərdiyi qətiyyəti hələ də anlamaq və həzm etmək iqtidarında deyillər. Və "Bəlkə də qaytardılar" xülyası ilə başlarını daşdan-daşa vurmaqda davam edirlər. Məhz bu səbəbdən də, Ermənistanda ağlı başında olan hər kəs anlayır ki, Azərbaycan artıq 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan sadəcə olaraq özünün tarixi keçmişindən gələn tolerantlıq və insansevərlik prinsiplərindən çıxış edərək, qalib tərəf olduğu halda, noyabr bəyannaməsini imzaladı. Burada yeganə məqsəd regionda sülhün bərqarar olması və günahsız insanların qanının tökülməməsi idi. Bu, həm də məğlub ölkə olan Ermənistana qarşı bir humanizm nümayişi idi və Azərbaycan münaqişənin sülh yolu ilə həlli prinsiplərinə hər zaman sadiq olduğunu dünya ictimaiyyətinə bir daha sübüt etmiş oldu. Amma, bu gün Ermənistanda baş verənlər onu deməyə əsas verir ki, onlar hələ də ağıllanmayıblar. Onların ağlını başından alan isə bütün tarixi boyu onları dəstəkləyən, onların qoltuğuna "qarpız verən", onlara dövlət yaratmaq şansını tanıyan rus babalarının öz ordusunu "sülhməramlılar" adı ilə Qarabağda yerləşdirməsidir. Nə qədər ki, rus qoşunları Qarabağdan çıxmayıb, ermənilər sicilləmələrindən və sərhəddə təxribatlar törətməkdən əl çəkməyəcəklər. Eyni zamanda, artıq indidən bu təxribatları Azərbaycan tərəfinin törətdiyini sübüt etmək üçün Moskva yolunu, su yoluna döndəriblər. Gündə biri Moskvaya gedir, ağlaşma qurur ki, "qoymayın azərbaycanlılar bizi qırıb qurtaracaqlar". Ruslar da, əslində küləyin haradan əsdiyini yaxşı bilirlər və onlardan münasibətləri konstruktiv formada, qarşılıqlı anlaşma şəklində həll etmələrini tələb edirlər. Əgər ermənilər öz himayəçilərin də sözlərini eşitmirlərsə, Azərbaycanın dəmir yumruğunu öz başlarında daha tez və daha ağır formada hiss edəcəklər. Bu da kotolikos 2-ci Qaragenin və digərlərinin dediyi kimi, erməni xalqının böyük faciəsi, Ermənistanın isə sonu olacaq.
Yusif Seyid