Deputat Zatulin: “Rusiya sülhməramlıları bölgədə uzunmüddətli olacaq”
Paralel.az xəbər verir ki, Rusiya sülhməramlı kontingentinin bölgədə uzunmüddətli qalacağı fikri səslənib. Bunu Rusiya Dumasının komitə sədri Konstantin Zatulin deyib. Onun fikrincə, hər iki tərəfin - Azərbaycan və Ermənistanın razılığı ilə bölgəyə daxil olan rus hərbçilərinin geri çəkilməsi də onların birgə müraciəti əsasında mümkündür: “Münaqişədə iştirak edən iki tərəfdən birinin hücuma hazırlaşdığı bir vəziyyətdə Rusiyanın geri çəkilməsi əslində yeni qarşıdurmaya səbəb olardı. Rəsmi Bakı ictimai bəyanatlara baxmayaraq davamlı sülhə can atmır. Davranışlar hər iki tərəfin yaralarını ən qısa zamanda sağaltmaq istəyənlərin davranışları ilə uyğun gəlmir. Rusiya Federasiyası Azərbaycanda, yəqin ki,
Türkiyədə də müharibənin yenidən başlamaması üçün burada olmağın lazımlılığını izah edə biləcək”.
Deputat iddia edib ki, hər kəs keçmişdəki tarixi hadisələrdən nəticə çıxarmalı və əslində Rusiyanın reaksiyası ilə təcrübə keçməməlidir.
Nigar