Qarik Keryan: “Rusiya Artsax məsələsində Türkiyə və Azərbaycanla əməkdaşlıq edərək kobud və primitiv səhvəyol verdi"

Qarik Keryan: “Rusiya Artsax məsələsində Türkiyə və Azərbaycanla əməkdaşlıq edərək kobud və primitiv səhvəyol verdi
 

Paralel.az xəbər verir ki, erməni siyasi analitiki Qarik Keryan Rusiyanın son vaxtlar Qarabağ məsələsində ermənipərəst mövqetutduğunu deyib. O, Rusiyanın Türkiyə və Azərbaycanla əməkdaşlığa gedərək aldandığını söyləyib: “Rusiya Artsax məsələsində Türkiyə və Azərbaycanla əməkdaşlıq edərək kobud və primitiv səhvəyol verdi. Türkiyə 300 il rusları aldadıb, onunmaraqlarına zidd hərəkət edib və hər dəfə Rusiyanın kürəyinə bıçaqlayıb. Artsax problemi bizim üçün nə qədər ağrılıdırsa, Krım problemi də ruslar üçün elədir. Rusiya Krımı qaytarmağı bacaranda, Çavuşoğlu Krımın Rusiyaya aid olmadığını, Türkiyə Krımı Ukraynaya qaytarmaq üçün hər şeyi edəcəyini bəyan etdi. Ruslar savaşın belə bir nəticə ilə bitməsinə, Türkiyənin Cənubi Qafqaza nüfuz etməsinə icazə verməklə səhv etdiklərini anladılar. Onlar Azərbaycan məsələsində də aldandılar. O, iddia edib ki, bu gün  radikal şəkildə müzakirə üçün müharibədən əvvəlkindən daha əlverişli şərait yaradılıb: “Yeganə problem Azərbaycan tərəfinin danışıqlar masasına oturmasının çətinliyidir. Danışıq masasında yalnız Artsax statusu qaldığından, Azərbaycan heç bir halda danışıqlar masasına oturmayacaq. Türkiyənin buna razılığı lazımdır. Türkiyə də hər şeyə əhəmiyyət vermir, ehtiyacı olanda amerikalılara qarşı çıxır. Buna görə dədanışıqları uzada, aldada, ya da ümumiyyətlə,müzakirə masasına əyləşə bilməzlər”.

Nigar

0.020991086959839