Ermənilər yardıma möhtac obrazını dəyişmirlər
Paralel.az xəbər verir ki, erməni beynəlxalq kilsələr şurasının xeyriyyəçi “Dəyirmi masa”sı 10 min erməni ailəsinə yardım edib. Xəbərdə deyilir: “Fond 44 günlük müharibə nəticəsində Aragatsotn, Armavir, Ararat, Gegarkunik, Kotayk, Lori, Tavuş, Şirak və İrəvanda sığınacaq tapan ehtiyacı olan ailələrə yardım edib. Bu yardım 2020-ci ilin oktyabrından 2021-ci ilin martına qədər xeyriyyə proqramından faydalananlara şamil olunub. Dəyirmi Masa Vəqfi həmçinin müharibədən zərər çəkmiş ailələrlə sosial və psixoloji iş istiqamətində ruhani və sosial işçilərin imkanlarını inkişaf etdirməklə məşğuldur”. Məlumata görə, 2020-2021-ci illər proqramına əsasən, təxminən 10 min nəfərə yardım edilib. Proqram çərçivəsində fondun verdiyi yardımın ümumi məbləği erməni əskinazıyla 400
milyon dram təşkil edib. Beləliklə, ermənilər “yazıq, bədbəxt xalq” obrazına sadiq qalmaqla, xaricdən dəstək almaqda davam edirlər.
Nigar