Qarabağlı əfqan vətəndaşlarımız yurda dönsün
 

Qarabağlı əfqan vətəndaşlarımız yurda dönsün 
 
Taliban qüvvələri hakimiyyətə gələn gündən Ermənistan mətbuatı və siyasiləri belə bir iddia ilə çıxış edirlər ki, guya Azərbaycan əfqan əsilli savaşçıları Qarabağda yerləşdirməyi planlayır. Görəsən dünyada bunlar kimi naqis və şərəfsiz ikinci bir millət varmı? İnanmıram!
Əvvala Azərbaycan rəsmiləri bu barədə hələki heç eyham xarakterli nəsə bildirməyib. Digər tərəfdən, hesab edək ki, dövlətin belə bir niyyəti, yaxud istəyi var. Bunun ermənilərə nə aidiyyəti? Ərazi mənimdir və kimi istəyirəm onu da məskunlaşdırıram. Necə ola bilir siz işğal etdiyiniz Laçın, Zəngilan və Qubadlı ərazilərində Suriyadan, Livandan, dünyanın digər ölkələrindən hətta erməni əsilli olmayan əli silahlı insanları gətirib beynəlxalq hüququn ziddinə özgə torpaqlarında məskunlaşdıra bilirdiniz Azərbaycan öz ərazisində bunu edə bilməz.
Əslində fikrimizcə Azərbaycan ölkədaxili qaçqın soydaşlarımızı doğma yurdlarına qaytarandan sonra boşluq ysranmaması üçün belə bir ata bilər və atmalıdır da. Nəzərə alsaq ki, hazırda Əfqanıstanda vaxtilə şahın qəzəbinə gələrək Qarabağdan sürgün edilmiş on mimlərlə soydaşımız yaşayır, Azərbaycan bu addımı atmaqla həm də tarixi ədaləti bərpa etmiş olar. Bugün Əfqanıstanda ağır şərtlər altında yaşayan qan qardaşlarımıza yardım əli uzatmaq Azərbaycan dövlətinin mənəvi borcudur, eyni zamanda beynəlxalq hüquqa tam uyğundur. 50 illik savaş məktəbi keçmiş, döyüşlərdə bərkimiş və təcrübə toplamış Azərbaycan əsilli əfqan vətəndaşlarının xüsusilə Ermənistanla sərhəd kəndlərinə yerləşdirməklə biz düşməni qismən neytrallaşdıra bilərik. Elə erməniləri də qorxudan məhz bu amildir,  bu səbəbdən hələ ortada heç nə yox ikən haray-həşir salıblar. 
     
Səma, Paralel.az
 
0.021605014801025