Qondarma qurumun rəhbəri ermənilərə “layiqli gələcək” vəd edir

 

Qondarma qurumun rəhbəri ermənilərə “layiqli gələcək” vəd edir 
 

Paralel.az xəbər verir ki, qondarma qurumun rəhbəri Araik Arutunyan Xocavəndə səfərində bəzi açıqlama verib. Xəbərdən sitat: “Martuninin Berdaşen və Aşan icmalarına səfərində A.Arutunyan Azərbaycanın 2020-ci ildə başladığı müharibədə şəhid olanların yaxınları ilə görüşüb və onlara yüksək dövlət mükafatları təqdim edib. O deyib ki, qəhrəmanlarımızın istedadları sayəsində Vətənimizin bir hissəsini xilas edə bildik. Bu gün doğma torpağımızda yaşamaq və yaratmaq imkanı əldə etdik. Biz gələcək nəsillərə layiqli bir gələcək qurmaq məcburiyyətindəyik”. Onun ermənilərə hansı layiqli gələcəyi vəd etməsindən və bunun nə olduğundan bir kəlmə də bəhs edilməyib. Əslində, olmayan nədənsə bəhs etməyin özü də məntiqsizlikdən başqa heç nə deyil. Eynən varlıqları kimi.

Nigar

0.017987012863159