Kürdlər bu ailəni niyə təhdid edib? -VİDEO

Kürdlər bu ailəni niyə təhdid edib? -VİDEO
 
Paralel.az xəbər verir ki, Güney Azərbaycanın Sulduz şəhərinin Saxsıtəpə kəndində Türklərlə, Kürdlər arasında insident baş verib. Belə ki, Türk soydaşımız bu kənddə başqa Türk soydaşımızdan ev alıb. Və kürdlər bu ailəni təhdid edirlərmiş ki, kəndi tərk etsin.
 
Kəndi tərk etmədiyi təqdirdə ailənin namusuna toxunacaqlarını deyiblər. Səbəb isə guya kəndin kürd kəndi olmağıdır. Keçən gecə isə ailə təhdid təzyiqlərə lərə məhəl qoymadığına görə, kürdlər təhdidlərini həyata keçirmək cəhdini göstərmiş, evin ağsaqqalını döyüb 13 yaşlı qızı və xanımını aparmağa çalışmışlar.
 
Nəticədə, Türk gəncləri ilə bu terroru etməyə cəhd edənlər arasında qarşıdurma yaşanıb. Və 1 kürd ölüb 7 kürd yaralanıb.və bütün bu, hallar, haqsızlıqlar, genosid hərəkətləri İran fars rejimi dövlət orqanlarının qarşısında baş verir. Rejim isə susur. Məni həm təəccübdən, həm maraqda qoyan hal, İrandakı 40 milyon türk toplumunun müqavimət zəifliyi, iradəsiz mütəşəkkilsizliyidir. 1 milyonluq çeçen xalqı o boyda Rusiya ilə tam müqavimət qurub istədiyinə nail olur. Amma 40 milyon, özü də tarixən mübariz, qəhrəman türk.
Bu qədər sayda millət təşkilatlansa nələri edər? Elə xalqlar var, arzu edir, 10-ca milyon olsunlar!
 
Röyal
 
 
 
0.018640041351318