"Taliban"çılar Annaba rayonunu ələ keçiriblər

 

Paralel.az xəbər verir ki, "Taliban" hərəkatının döyüşçüləri Pəncşir əyalətinin mərkəzindəki Annaba rayonunu ələ keçiriblər.

Bu barədə Əfqanıstanın "Ashwaka" agentliyi məlumat yayıb.
 
Məlumata görə, döyüşlərin əyalət qubernatorunun sarayı ərazisində gedir.
 
Bundan bir qədər əvvəl radikalların nümayəndəsi Bilal Kərimi "Twitter"də verdiyi açıqlamada "Taliban"ın artıq Pəncşirin Xinc, Annaba, Şotol və Paryan bölgələrinə nəzarət etdiyini bildirmişdi.
 
Şahnaz
0.026352882385254