Tapdıq Abbas yazır...
Biz jurnalistlər atalardan miras qalmış deyimə uyğun hərəkət edərək: "eşşəyə gücümüz çatmır, palanı döyəcləyirik"!
Yəni xalqın həyatını problemlərə soxan məmurlar yalnız vasitədir, xalqı zülmə düçar edən planı hazırlayıb, qurbanlıq olmağa razılaşmış məmurlara yükləyən isə HÖKUMƏTdir!
Hökumət xalqın həyatında mövcud olan bütün problemlərin mənbəyidir!
Bütün qohum-əqrabasını başına toplayıb, ölkənin sərvətlərini dağıtmaqla xalqa problemlər yaşadan rövnəqabdullayevlər də, sahilbabayevlər də, raminbayramlılar da, səfərmehdiyevlər də və digər dövlət orqanlarının başında oturub, rüşvət, korrupsiya çarxını fırladan və bütün millətin, o cümlədən, jurnalistlərin boğazına çökənlərin hamısının himayəçisinin HÖKUMƏT olduğunu yaddan çıxarmayaq!...
Paralel.az