Qarabağ Komitəsi növbəti toplantısını keçiriib

Qarabağ Komitəsi növbəti toplantısını keçiriib
 
03 sentyabr 2021-ci il tarixdə Qarabağ Komitəsi İdarə Heyətinin növbəti toplantısı keçirilib.
 
Toplantıda Qarabağda və onun ətrafında baş vermiş son hadisələr geniş müzakirə olunub.
 
Qarabağ Komitəsi Ermənistan hərbi birləşmələrinin Azərbaycan ordusunun mövqelərini mütəmadi atəşə tutmasını mənfi hal kimi qeyd edir, bunu Rusiya sülhməramlı qüvvələrinin üzərinə götürdüyü 10 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs bəyanatında əks olunmuş müddəaların yerinə yetirilməsinə nəzarəti tam təmin etməməsinin, cinayətkar erməni ünsürlərinin Azərbaycan ərazisindən çıxarılmamasının nəticəsi hesab edir.
 
Qarabağ Komitəsi Ermənistan hərbi birləşmələri tərəfindən törədilən cinayət hadisələrinə görə, Rusiya rəhbərliyinə lazımı təsir göstərməyi, Naxçıvanla ölkəmizin Qərb rayonlarını birləşdirəcək Zəngəzur dəhlizinin açılmasını sürətləndirməyi, Ağdərədə girov götürülmüş hərbçimizin geri qaytarılmasını təmin etməyi, Zəngəzur dəhlizinin açılması qəsdən gecikdirilərsə, Laçın koridoruna nəzarəti üzərinə götürməyi Azərbaycan rəhbərliyindən tələb edir.
Qarabağ Komitəsi Rusiya sülhməramlı hərbçilərdən aşkar dəstək alan qanunsuz erməni hərbi quldur dəstələrinin Qarabağdan çıxarılması üçün fəal hərbi-diplomatik metodların tətbiq olunmasını təmin etməyi Azərbaycan hakimiyyətindən qəti tələb edir.
 
Qarabağ Komitəsi 44 günlük Vətən müharibəsində düşmən işğalından azad olunmuş ərazilərdə yerli əhalinin məskunlaşması istiqamətində heç bir iş ğörülməməsindən narahatlığını bildirir və azad olunmuş rayonların əhalisinin doğma torpaqlarına qayıtmasını təmin etmək məqsədilə əhaliyə maddi və mənəvi dəstək verilməsini Azərbaycan hakimiyyətindən tələb edir.
Komitə işğal altında olan Qarabağda mövcud olan xoşagəlməz durumdan ciddi narahat olduğunu və Rusiya sülhməramlılarının iştirakı ilə orada baş verən mənfi hallara son qoymaq üçün Azərbaycan hakimiyyətini qətiyyətli addımlar atmağa çağırır.
 
Mətbuat xidməti
0.022384881973267