"Şuşa ətrafında atəşkəs pozulub"
Cümə günü Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Şuşa yaxınlığındakı mövqeləri Rusiya sülhməramlılarının nəzarəti altındakı ərazilərdə olan seperatçılar tərəfindən atəşə tutulub.
Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, gecə saatlarında bir saatdan çox baş verən atışma nəticəsində "təxribatın qarşısı alınıb".
"Azərbaycan Ordusunun hərbi qulluqçularının sayıqlığı və dərhal görülən tədbirlər nəticəsində qarşı tərəf itki verib və susdurulub," - Azərbaycan Müdafiə Nazirliyi bildirib.
Qurum deyib ki, hadisə ilə bağlı Rusiya sülhməramlıları və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb.
Azərbaycan tərəfi belə hallar təkrar olunduqda ona qarşı tədbirlər görəcəyini bildirib.
Hələ ki, Rusiya sülhməramlıları insidentlə bağlı heç bir məlumat yaymayıb.
Seperatçı "Dağlıq Qarabağ Müdafiə ordusu mətbuat xidməti" Şuşa yaxınlığında Azərbaycan mövqeyinin atəşə tutulması haqqında məlumatın "qətiyyən həqiqətə uyğun olmadığını" bildirib və əlavə edib ki, onlar "atəşkəs rejiminə ciddi surətdə əməl edir və yalnız qarşı tərəfin təxribatının qarşısını almaq üçün cavab tədbirlərə əl atırlar.
Bir müddət əvvəl Azərbaycan Rusiya sülhməramlılarından Qarabağdakı erməni qüvvələrin çıxarılmasını tələb edib.
Paralel.az