Soçi dağlarına ilk qar yağdı
Paralel.az-ın məlumatına görə, Krasnodar diyarının dağlıq bölgəsinə ilk qar sentyabrın 3-də yağdı. Yağıntı 2320 metr yüksəklikdə qeydə alınıb, lakin temperaturun yüksək olması səbəbindən qar tez əriyib. Turistlər qarla örtülmüş yamacın görüntülərini lentə alaraq, sosial şəbəkədə yerləşdiriblər.
"Kubanskie Novosti"-yə görə Soçidə fırtəna xəbərdarlığı hələ də qüvvədədir. Sinoptiklərin sentyabrın 3-də verdiyi proqnozlara görə, bölgədə leysan və 20-25 m/s-ə qədər güclü külək gözlənilir.
Bundan əvvəl məlumat verilmişdi ki, Soçidə sahilə çıxan tornado şezlongları dağıdır. Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar Dairəsi Baş İdarəsindən bildirildiyi kimi, hadisə nəticəsində xəsarət alan olmayıb. Ancaq təxminən 30 şezlong zədələndi.
"Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Evgeniy Tişkovetsin sözlərinə görə, yayın bitdiyi bu günlər ruslar tərəfindən meşə yanğınları, şiddətli yağışlar, külək fırtınası, dolu, tornado və daşqınlar, həmçinin güclü dalğalarla yadda qalacaq.
Akif Nəsirli