Gürcüstanda COVID-dən maksimum ölüm nisbəti
Paralel.az Qazeta.ru-ya istinadən xəbər verir ki, Gürcüstanda ardıcıl ikinci gündür ki, koronavirusdan gündəlik nisbi ölüm səviyyəsi anti-rekord qırıb. Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində ölkədə 86 nəfər həyatını itirib.
Bundan əvvəlki anti-rekord cümə axşamı günü 81 nəfərin infeksiya nəticəsində öldüyü zaman qeydə alınmışdı.
Səhiyyə Nazirliyinin məlumatına görə, son sutka ərzində 3034 nəfərə COVID-1-a yoluxub. Bu rəqəmlər ölkədə gündə 4 mindən çox insanın koronavirusa yoluxduğu ötən həftə ilə müqayisədə xeyli aşağıdır. Lakin ölüm səviyyəsi sürətlə yüksəlir.
Ötən ilin fevral ayından indiyə qədər Gürcüstanda ümumilikdə 559 943 COVID-19 infeksiyasına yoluxma halı aşkar edilmiş, eyni dövrdə 7.649 nəfər koronavirusdan ölüb.
Akif Nəsirli