İdris Abbasov yazır...

İdris Abbasov yazır...
 

Mətbuat yazır ki, Ramiz Mehdiyev villasının qaz pulu borcunu vermir.
İllərdir villasının kommunal xərclərini (konkret olaraq qaz borcunu) ödəməkdən yayınan AMEA prezidenti Ramiz Mehdiyev 10 minlik kontingentə rəhbərlik edir, ey dadi-bidad! İndi həmin qurumun halını özünüz təsəvvür edin! Belə qurumda əyrilik təşviq olunar, ya olunmaz? Dəhşət deyilsə, bəs nədir? Dövlətə, xalqa bu qədər nifrətmi etmək olar?
Susmaq razılıq əlamətidir. Əlbəttə, onun yolunu gedən, səsini çıxarmayan, məddahlıq edən, məsuliyyətsiz və vecsiz alim-akademiklərimiz tənbeh olunmayınca vəziyyətimiz ağır olaraq qalacaq. Elementar həqiqəti bilməlidirlər ki, bu dövlət zəiflədikcə onların nəvə-nəticələri ( gül balaları üçün çoxlu pul, mülk yığıb qoysalar da) bədbəxt və qul olacaqlar. Belələri ilə dövləti qurmaq yox, olub-qalanını da məhv etmək olar.

Paralel.az

0.063322782516479