Tapdıq Abbas yazır...

Tapdıq Abbas yazır...
 

MƏMURLARIN FƏALİYYƏTİNDƏN TƏNQİD YAZANLARIN DİQQƏTİNƏ!

Hökumətin tərkibində yüksək vəzifə kürsüsündə əyləşən, bütün qohumlarını da cəlb etməklə, rüşvət və korrupsiya ilə dövləti və xalqı talamaqla məşğul olan məmurlardan yazmaq çox böyük günahdır!
Yalnız həbs olunan və vəzifədən azad olunan məmurların dövlətə və xalqa qarşı törətdiyi rüşvət və korrupsiya cinayətlərindən yazmaq, "arxadan atılan daş" effekti versə də, məkruh və daha çox məqsədəuyğundur, unutmayın!..
Məsələn, PA-da yüksək dövlət vəzifəsində əyləşəndə Ramiz Mehdiyevin, Əli Həsənovun, nazirlər Eldar Mahmudovun, Səlim Müslümovun, Əli Abbasovun, Ziya Məmmədovdan və digər vəzifəlilərin, onların ailə üzvlərinin çirkin əməllərindən yazmaq məhbəsə yol açırdısa, onlar vəzifədən azad olunduqdan sonra onların rüşvət və korrupsiya cinayətlərindən yazmaq hökumətə kömək sayılır, biləsiniz!!!
Odur ki, bilin və əməl edin, yüksək vəzifədə əyləşib, rüşvət və korrupsiya ilə məşğul olan məmurlardan yazmaq çox təhlükəlidir haaaa!...

Paralel.az

0.019436836242676