Keçmiş prezident: “İki Ermənistan respublikası yeni fəlakətlərə sürüklənir”
 

Keçmiş prezident: “İki Ermənistan respublikası yeni fəlakətlərə sürüklənir” 
 

Paralel.az xəbər verir ki, Ermənistan hakimiyyətinin bacarıqsız siyasəti onu ötənilki müharibədə məğlub edib. Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan 30 il əvvəlki hadisələrin “Dağlıq Qarabağı bu gün bir erməni qalmadığı Naxçıvanın taleyini təkrarlamaqdan xilas etdiyini” deyib: “2020-ci ildəki yeni müharibə və 9 noyabrda Paşinyan tərəfindən gizli şəkildə imzalanan təslim aktı Ermənistan və Qarabağı yeni bir təhlükənin qarşısına qoydu. Nəticəsi də hər gün hiss olunur. Nəqliyyat kommunikasiyalarının və dinc inkişafın qarşısını almaq vədləri ilə xalqın sayıqlığı söndürülür, öz gücündə qorxu yaradılır və iki Ermənistan respublikası yeni fəlakətlərə sürüklənir”. O iddia edib ki, hakimiyyət bu qədər bacarıqsız olmasaydı, şəxsi heyətini təmizləməsəydi, təcrübəli

komandirləri vəzifəsindən kənarlaşdırmasaydı, müharibəni qazana bilərdi.

Nigar

0.018477916717529