Qondarma qurum “müstəqillik günü”nü anır

 

Qondarma qurum “müstəqillik günü”nü anır 
 

Paralel.az xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyanla baş nazir Nikol Paşinyan qondarma “DQR-ın müstəqillik günü” münasibətilə erməni xalqına təbrik göndərib. Prezident deyib ki, bu “əlamətdar hadisənin 30-cu ildönümü çox çətin bir dövrdə, 44 günlük müharibədən sonra yaranmış çətin vəziyyətdə qeyd olunur: “Ümumerməni sınağının öhdəsindən gəlmək üçün milli birliyə ehtiyacımız var. Artsaxın müstəqilliyi və əhalinin həyatının toxunulmazlığının təmin edilməsi, Azərbaycandan yeni müharibənin davamlı təhdidləri, status, sosial-iqtisadi və humanitar problemlərin həlli ümummilli prioritetlərdir”. Sarkisyan deyib ki, mövcud problemlər siyasi-iqtisadi cəhətdən güclü Ermənistan olmadan, Vətən-Diaspor münasibətləri dəyişdirilmədən, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edilmədən həll oluna

bilməz: “Hər hansı bir ümumi erməni məsələsində artıq yanılmağa haqqımız yoxdur”. Paşinyan isə yenə əllaməlik etməyindən qalmayıb: “44 günlük müharibə düşmənin bütün cəhdlərinə baxmayaraq məqsədinə çatmadı. Artsax bu gün yaralı olsa da möhkəmdir və öz müqəddəratını təyin etmək hüququ var. Münaqişə Minsk Qrupunun həmsədrliyi tərəfindən irəli sürülən və müdafiə olunan prinsiplərə əsaslanaraq sülh prosesi ilə hərtərəfli həllini gözləyir”.

Nigar

0.017480134963989