Pakistan-Azərbaycan - "üç dövlət bir millət!"

Pakistan-Azərbaycan -
 

Əməkdaşlıqdan muttəfiqliyə doğru gedən şanlı yol

 Azərbaycan Respublikasının beynəlxalq aləmə inteqrasiyası dünya dövlətləri ilə sıx əməkdaşlığından söhbət açarkən ilk ağıla gələn ölkə qardaş Türkiyədirsə, ikinci haqqında düşünü-lən ölkə mütləq Pakistan olmalıdır. Çünki rəsmi İslamabad Bakının dostlarını özünə dost, düşmənlərini isə  düşmən sayıb. Bu mövqe bu gün daha parlaq şəkildə nümayiş etdirilir.

Pakistan İslam Respublikası Asiyanın mühüm geosiyasi mövqeli ölkəsi, nüvə dövləti, İslam Əməkdaşlıq Təşkilatının aparıcı üzvlərindən biridir.

Azərbaycan Pakistan əlaqələri öz qloballığı regional məsələlərin oxşarlığı ilə seçilir. Məsələn, uzun illər Ermənistan Azərbaycanın ərazilərini işğal etmiş, Qarabağ problemi yaşanmışdısa, Pakistan da Hindistanla Kəşmir vilayətinə görə problem yaşayır.

Pakistan 1991-ci ildə Azərbaycanın müstəqilliyini Türkiyə Rumıniyadan sonra tanıyan üçüncü ölkə olub.

Pakistanla Azərbaycan arasında diplomatik əlaqələrin əsası 1992-ci ilin iyununda qoyulub. Pakistanın Bakıda  səfirliyi isə 1993- ilin martında açılıb. Azərbaycan öz diplomatik missiyasına Pakistanda 1997-ci ilin avqustunda start verdi. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə digər sahələrdə inkişaf etdirilir.

Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini bildirib - Azərbaycana dəstək vermək həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayan, onu bir dövlət kimi tanımayan yeganə BMT üzvü olan dövlətdir.

Bununla yanaşı, Pakistan Senatı Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini genosid kimi tanıyan ilk ölkələrdən biri olub.

Respublikamızın Pakistanla əməkdaşlığında hərbi-siyasi amil hər zaman mühüm əhəmiyyətə malik olub. Hərbi-siyasi əməkdaşlıq baxımından Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri öz əksini tapıb. Sözügedən müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da dərinləşib.

Hər il martın 23-ü Pakistanda "Milli Günü" kimi qeyd edilir. Bu bayram müsəlmanların 23 mart 1940- il tarixində müstəqil dövlət qurmaq tələblərinin qəbul olunması münasibəti ilə dövlət səviyyəsində qeyd edilir. Ənənəyə əsasən bu bayrama İslamabadda 31 ədəd top atəşi ilə start verilir.

Pakistan bir qardaş ölkə kimi 44 günlük Vətən Müharibəsində Azərbaycanı tək qoymadı. Müharibənin ilk günündən rəsmi İslamabad bəyan etdi ki, dövlətin bütün hərbi arsenalındakı şəxsi heyəti ilə Azərbaycanın haqq işi uğrunda döyüşməyə hazırdır. Hətta düşmənlərimiz bu bəyanatdan sui-istifadə edərək bildirmişdi ki, Azərbaycan tərəfdən Pakistan muzdluları döyüşür. Halbuki Azərbaycanın heç bir ölkənin canlı qüvvəsinə ehtiyacı yox idi, lakin siyasi-mənəvi dəstək bizim üçün vacib idi. Hansıki biz onu bütün dost ölkələrdən gördük, siyasi-diplomatik dəstəyi hiss etdik. Məhz elə bu səbəbdən Azərbaycanın haqlı mövqeyini 30 il qulaqardına vuran super-güclər, o cümlədən ATƏT-in Minsk Qrupu həmsədrləri bu haqq savaşını durdura bilmədi, buna cəsarət etmədi. Çünki Azərbaycan bu haqq savaşında tək deyildi, onun Türkiyə, Pakistan, İsrail s. bu kimi onlarla dünya dövlətləri birlikləri Azərbaycanın haqq səsinə səs verdi. Bu özü Azərbaycanın beynəlxalq aləmdə sürdürdüyü diplomatiyanın bəhrəsidir. Azərbaycan dövləti bütün dövlətlərlə sıfır problemlə əməkdaşlıq qurmağa hazırdır. Bu konsepsiya əsasın da Ermənistandan başqa bütün region ölkələri digər dövlətlərlə münasibətlərimiz yüksək sürətlə inkişaf etməkdədir. Ermənistana gəlincə isə bu dövlət Azərbaycan torpaqlarına göz dikib, ərazimizin 20 faizini 30 ilə yaxın bir müddətdə işğal altında saxlayıb.

Pakistan İslam Respublikası ilə münasibətlərimizin əzəli tarixi kökləri var. Sovetlər dönəmindən başqa bütün dövrlərdə Pakistan ilə Azərbaycan arasında münasibətlər sıcaq olub. Məsələn, Azərbaycan xalqının böyük oğlu, məşhur xeyriyyəçı Hacı Zeynalabdin Tağıyev ötən əsrin əvvəllərində Pakistan xalqı pandemiyadan əziyyət çəkdiyi bir dövrdə vaksin alınmasına böyük məbləğdə vəsait ayırıb. Hacı yalnız özü yardım etməklə kifayətlənməyib, digər xeyriyyəçilərini bu istiqamətdə pakistanlılara yardım etməyə çağırıb. Onun çağırışı ilə onlarla messenat Pakistanla kara vaksini almaq üçün yardım edib. Beləliklə, həmin vaxt milyonlarla Pakistanlının həyatı xilas edilib. Hacının həmin xeyirxah işi bu gün Pakistan xalqının yadından çıxmayıb. Bu gün Pakistanda hər kəs Hacı Zeynalabdin Tağıyevi tanıyır. Çünki Hacının adı bir xilaskar şəxsiyyət kimi Pakistanda orta məktəb kitablarına düşüb.

İnanırıq ki, Pakistanla Azərbaycan dövlətinin dostluğu onların xalqları arasında dostluğun inkişafına böyük töhfələr verəcək bu dostluq əbədi olaraq davam edəcək. Gözləniləndir ki, xoşbəxt günlərdən birində Pakistanla da münasibətlərimiz əməkdaşlıqdan muttəfiqliyə yüksələcək. İki dövlət arasında münasibətlərin bu istiqamətdə inkişaf etdirilməsi hər iki tərəfin marağında olduğundan, yəqin ki gözlədiyimiz o gün çoxda uzaqda deyib.

Akif Nəsirli

 Yazı  Azərbaycan
Respublikasının Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

0.054813146591187