Rəsmi Ermənistan sayıqlamalarını Moskvada davam etdirir
Paralel.az xəbər verir ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Moskvada əsassız bəyanatla çıxış edib. Erməni nazirin Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündən sitat: “Bizim strategiyamız bölgədə sülh və sabitlikdir. Bu istiqamətdə fəal dialoqa hazırıq. Ancaq bölgədəki vəziyyət olduqca gərgindir. Bu da Azərbaycanın dağıdıcı siyasəti ilə əlaqədardır”.
Nazir iddia edib ki, Bakı 9 noyabr üçtərəfli bəyanatla bağlı öhdəliklərini yerinə yetirmir: “Azərbaycan beynəlxalq hüquqa zidd olaraq Ermənistanın suveren ərazisinə birbaşa müdaxilə olan ictimai təxribat xarakterli addımlar atır. Biz bu il 12 maydan bəri onlarla qarşı-qarşıyayıq”.
Mirzoyan öz millətinin adını bizə qoymaqdan da utanmayıb: “Daim yeni saxta gündəmlər yaradan rəsmi Bakı öhdəliklərini yerinə yetirməkdən imtina edir, xüsusən də bütün hərbi əsirləri və girovları geri qaytarmır”. Mirzoyan bu açıqlamalarıyla “öz adını başqasına qoymaq” nümunəsi olduğunu sübut edib.
Nigar