Erməni genosid ifşa edilir
Səadət Bənənyarlı: "Əsas məsələ ermənilərin əməllərini sübut edən əsaslı faktlara malik olmaqdır"
Paralel.az-ın məlumatına görə, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bildirilib ki, girov düşmüş sağlam azərbaycanlı yeniyetmələrdən ermənilər böyük ehtimalla donor kimi istifadə ediblər.
Xarici İşlər Nazirliyi məlumat yayıb ki, işğaldan azad edilmiş ərzilərdə kütləvi məzarlıqlar tapılıb, oradakı cəsədlərin kimlərə aid olması ilə bağlı araşdırmalar aparılır.
Əslində biz 30 ildir ki gümanla danışırıq, ehtimal edirik, ortada isə hələ heç nə yoxdur. Əgər ermənilər azərbaycanlı əsirlərin əzablarını satıbsa, bu əzanı qəbul edən, alan inkişaf etmiş ölkələrir. Həmin ölkələrdə isə digərlərinə nisbətən daha artıq şəffaflıq var. Orada araşdırma aparıb, donorları dəqiqləşdirmək, bu bizneslə məşğul olan şəbəkənin izinə düşmək mümkün olardı. Lakin indiyə qədər bu istiqamətdə heç bir nəticə əldə edilməyib. Təsəvvür edin ki, dövlətin 4 minə yaxın insanı barədə heç bir məlumat yoxdur və dövlət bu istiqamətdə heç bir iş görə bilmir. İkinci Qarabağ müharibəsində 7 əsgərimiz itkin düşüb və böyük ehtimalla onlar ermənilərin girovluğundadır. Amma biz bunu təsdiqləyə bilmir, Ermənistan isə sadəcə onlarda əsirin qalmadığını deyir.
Məsələyə münasibət bildirən hüquq müdafiəçisi Səadət Bənənyarlı dedi ki, işğaldan azad edilmiş ərazilərdə belə məzarlıqların tapılması kütləvi qırğınların olmasını sübut edən tutarlı faktdır: "Amma bu cəsəd qalıqlarının hamısını təsdiqləmək lazımdır və bu mümkündür. Sözsüz ki, şahidlər də var, yoxsa o məzarlıqlari tapa bilməzdilər. Məzarlıqlarda kimlərin basdırıldığı təxmin edilə, DNT analizləri ilə şəxsiyyətin müəyyənləşdirilə bilər. Səbrlə oturub işləmək lazımdır, sənədlər əldə edildikdən sonra Ermənistanın beynəlxalq səviyyədə cəzalandırılması, ona genosid damğasını vurulması çətin olmayacaq. Əsas məsələ ermənilərin əməllərini sübut edən əsaslı faktlara malik olmaqdır".
Akif Nəsirli