Bin Ladenin on il öncə öldürülən yaxın adamı Əfqanıstanda
Paralel.az xəbər verir ki, 2011-ci ildə Pakistanda ABŞ tərəfindən öldürülən doktor Amin əl-Haqın Əfqanıstana qayıtması barədə video yayılıb. Türkiyə mətbuatına görə, Əl-Qaidə təşkilatının lideri Üsəma Bin Ladenin ən yaxın adamlarından olan Amin əl-Haqın olduğu iddia edilən video hələlik təhlükəsizlik bölmələri tərəfindən təsdiqlənməyib. Onun bir avtomobilin ön sərnişin oturacağında olduğunu göstərən videonun bazar ertəsi Nangarharda çəkildiyi deyilir. Əl-Haqın onu qarşılayan kütləni salamladığı da videoda görünür. Həmin görüntünü paylaşan əfqan jurnalist Bilal Sarvari Amin əl-Haqın 80-ci illərdə Bin Ladenlə yaxınlaşdığını söyləyib.
Nigar