Ermənistan rəhbərliyi rəsmi Bakıdan ehtiyat edir

  

Ermənistan rəhbərliyi rəsmi Bakıdan ehtiyat edir  
 

Paralel.az xəbər verir ki, qondarma Dağlıq Qarabağ hakimiyyəti “müstəqilliyin elan edilməsinin 30 illiyi münasibətilə” sentyabrın 2-də Ermənistandan yüksək vəzifəli şəxslərin Xankəndiyə gəlməsini təmin etməyə hazırlaşır. Mətbuat yazır ki, amma Ermənistanın yüksək rəhbərliyi buna getmək istəmir: “Çünki 44 günlük müharibədən sonra Bakı açıq bir tələb irəli sürüb və əslində, qadağa qoyub”. Mətbuata görə, bu ilin yanvarında Azərbaycan rəhbərliyi Ermənistanın o zamankı xarici işlər naziri Ara Ayvazyanın Xankəndiyə səfərini qanunsuz adlandıraraq çox əsəbi reaksiya verib. “Keçən həftə Yerevana səfərində Qarabağ parlamentinin sədri Artur Tovmasyan parlament fraksiyalarının rəhbərlərilə görüşüb və onlara şəxsən dəvətnamə verib. Tovmasyan

əmin edib ki, Qarabağ parlamentinin müxalifət və hökumətyönlü millət vəkilləri Ermənistandan olan həmkarlarının iştirakıyla heç bir demarş və etiraz aksiyası təşkil etməyəcək”.

Nigar

0.016867876052856