Erməni türkoloq xislətinə uyğun davranır
Paralel.az xəbər verir ki, erməni türkoloq Akop Çakryan Türkiyə prezidenti Ərdoğanın Ermənistanla münasibətlərin tədricən normallaşması fikirlərini şərh edib. O, Türkiyənin Ermənistana qarşı düşmənçilik siyasətini davam etdirdiyini deyərək, normal münasibətlər və diplomatik əlaqələr qurmaq üçün praktiki addımları fantastika adlandırıb. Deyib ki, Türkiyə 1991-ci ildən bəri Ermənistanla diplomatik əlaqələr qurmaq üçün üç şərt irəli sürüb. Onun biri də “Artsax ermənilərini Azərbaycan hakimiyyətini qəbul etməyə məcbur etməkdir”. Xislətinə uyğun davranan türkoloqa görə, Türkiyənin Ermənistana qarşı düşmənçilik siyasətində heç nə dəyişməyib. “Bu, ötənilki müharibədə qeyd-şərtsiz hərbi və siyasi dəstəkdə özünü
açıq şəkildə göstərdi” deyən türkoloq, Ərdoğanın dediklərinə inanmadığnı söyləyib.
Nigar