Gəlin, birlikdə onun yaşamaq şansını artıraq!
Paralel.az redaksiyasına daxıl olan məktubda deyilir: " Hörmətli redaksiya, proqram təminatçısı Telman Yusupova kömək lazımdır. Onun yaşamaq imkanı getdikcə azalır. 2020-ci ilin noyabr ayında Telman Yusupova mədə xərçənginin 4-cü mərhələsi (adenokarsinomanın) diaqnozu qoyulub. Həmin vaxtdan, xəstəliklə mübarizə davam edir. Buna baxmayaraq, kimyəvi terapiya və radiasiya müalicələri 2021-ci ilin may ayında dayandırıldı. Xərçəng inkişaf etməyə davam edir, qida qəbulu kimi sadə prosesi belə çətin və zəhmətli bir işə çevirir.
Telmanın son ümidi immunoterapiyadır. Bu, müxtəlif növ xərçənglərin müalicəsində sağalmağa yardımçı olsa da, immunoterapiya mədə xərçənginin müalicəsi üçün hökumət tərəfindən maliyyələşdirilmir və bu müddət çərçivəsində Telmanın klinik sınaq imkanı yoxdur. İllər boyu onun kömək etdiyi bir çox insan kimi, indi Telmanın özünün də gec olmadan immunoterapiya müalicələrinə başlamaq üçün təcili köməyə ehtiyacı var!
İmmunoterapiyanın maliyyələşdirilməsinə kömək lazımdır, hər müalicəyə orta hesabla 8 000-10 000 dollar xərclənir. Xəstədə yaxşılaşma əlamətləri görünənə qədər terapiya bir neçə ay ərzində hər iki həftədə bir tətbiq olunmalıdır.
Telman, həyat yoldaşı Kristina və 3 balaca övladı - Timur (10 yaş), Daşa (9 yaş), Anika (2 yaş 5 aylıq) və onların dostları sizdən kömək istəyirlər və əvvəlcədən dərin minnətdarlıqlarını bildirirlər.
Bu gözəl ailəyə birlikdə olmaq üçün şans vermək sizin əlinizdədir.
Şahnaz Salehqızı