Erməni saxtakarlığının pik nöqtəsi
Paralel.az xəbər verir ki, Ermənistanın İtaliyadakı səfiri Sovinar Ambarzumyan “Avropa-Aralıq dənizi Kampaniyası”nın təşkil etdiyi “Premio Marzani” mərasimində Qarabağ müharibəsindən danışıb. Səfirin çıxışında tarixi həqiqətlərin saxtalaşdırılması və s. məqamlar xüsusi diqqət çəkib. O, Türkiyənin müharibədəki rolundan, 9 noyabr tarixli bəyanatda nəzərdə tutulan erməni əsirlərin Azərbaycan tərəfindən geri qaytarılmamasından danışıb. Deyib ki, Azərbaycan “nəzarətində olan ərazilərdə çoxəsrlik erməni mədəni və dini irsinin abidələrini məhv edib”. Böhtançı səfir qeyd edib ki, müharibə dayandırılsa da “Artsaxın statusu məsələsi hələ də həllini tapmayıb”. Çıxışdan növbəti saxtakarlıq nümunəsi: “Ermənistan tərəfi üçün ən başlıcası Artsax ermənilərinin öz torpaqlarında sərbəst yaşamaq hüququdur və bunu həyata keçirməyin yeganə yolu öz müqəddəratını təyin etmək hüququnun tanınmasıdır”. O, Türkiyəni pantürkizm proqramlarında, Ermənistan ərazisindən keçməklə Azərbaycanla birləşməkdə ittiham edərək İtaliya XİN, Deputatlar Palatası, Avropa Komissiyasının İtaliyadakı Nümayəndəliyi, Benevento Ticarət Palatası və s. iştirak etdiyi tədbirdə yalan məlumatlar verib.
Nigar