Ermənistan xaricdən dəstək gözləyir

 

Ermənistan xaricdən dəstək gözləyir 
 

Paralel.az xəbər verir ki, Ermənistanın yeni xarici işlər naziri Ararat Mirzoyan avqustun 30-31-də Rusiyada işgüzar səfərdə olacaq. İlk xarici səfərində o, rusiyalı həmkarı Sergey Lavrovla və KTMT baş katibi Stanislav Zasla görüşəcək. Mirzoyan və Lavrov Rusiya -Ermənistan ittifaqının bütün sahələrdə inkişaf etdirilməsini, MDB, KTMT və s. əməkdaşlığın qurulmasını, BMT-dəki mövqelərin əlaqələndirilməsini müzakirə edəcək. Ermənistan bununla ümid edir ki, 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində Qarabağla bağlı razılaşmaların həyata keçirilməsində irəliləyiş olacaq. Rəsmi Ermənistan eləcə də humanitar məsələlərin, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına ümid edir. Görünən odur ki, erməni mətbuatı ölkəsinin ağır durumuna yenə də xaricdən, Moskvadan rəsmi dəstək göstəriləcəyini gözləyir.

Nigar

0.021087884902954