Doktorantura imtahanı vermək istəyənlər narahatdır

 

Doktorantura imtahanı vermək istəyənlər narahatdır 
 

Bəlli olduğu kimi, Dövlət İmtahan Mərkəzi sentyabrda 2021-2022-ci tədris ili üçün doktoranturaya növbəti qəbul imtahanı keçirəcək. Qeyd edək ki, ilk imtahanda namizədlərdən koronavirusa görə vaksin olunmaq tələbi qoyulmamışdı.

Paralel.az xəbər verir ki, növbəti mərhələdə iştirak etmək üçün onlardan vaksin olunmaları tələb edilib. Doktoranturaya qəbul olunmaq istəyən namizədlər söyləyirlər ki, imtahanda iştirak etmək üçün mütləq vaksin olunmaq lazımdır. Onlara deyilib ki, əks təqdirdə, imtahana giriş qadağan oluna, yaxud, problem yaradıla bilər. Həmin şəxslərin arasında hazırda müəyyən xəstəliklərə görə müalicə alanlar və s. mövcuddur. Bu mənada, imtahana cəmi iki gün qaldığı şəraitdə, bu şəxslərin vaksinləşmədən tam keçməməsi onlarda narahatlıq yaradıb. Doktoranturaya namizədlər təhsil şöbəsindən onlara şifahi deyilən bu məlumatın rəsmi xarakter daşıyıb-daşımadığını bilmək istəyirlər.

Nigar

0.083163976669312