Şəmsəddin Əliyev: "Bacarsan, həyatın mənasını həyatın özündə görə bilərsən"
Şəmsəddin Əliyev yazır: "Qarşımda XX əsr müasir ərəb ədəbiyyatının ən tanınmış nüfuzlu simalarından biri Nobel mükafatına layiq görülmüş Nəcib Məhfuzun seçilmiş əsərlərini nəzərdən keçirirəm. Həyatı maraqlıdır ...Qahirədə,məmur ailəsində dünyaya göz açıb.İxtisasca filosofdur.43 yaşında ailə qurub.Rəbbimiz ona İki qız övladı pay verib.Birinin adı Fətin Həmamə, ikincinin adı,ərəb ifa sənətinin ulduzu Ümm Gülsümdür...
Bu təəssüratlardan aşağıdakıları yazdım...
"Tək Allah bilir,nə yaxşıdır,nə pis."
Qəbristan ziyarəti taleyimin vaxtsız, vədəsiz ,istəyimə zidd ərsəyə gələn övladıdır.Xoşum gəldi,gəlmədi "bəxtəvər "günlərimi yaşamalı oluram.
Müqəddəs günlərdə,həftənin 4-cü,bəzən də istirahət günlərində əhləl diyara,ölülərimə "qonaq ",əziyyətimi ehsan etmək üçün yollanıram.Baş daşlarını silib,orada səliqə sahman yaradıram.
Son beşiyim ,Sərhəd Qoşunlarının zabiti,Səbuhi,əmisinin cavan oğlu Hüsaməddinlə yanaşı uyuyur...Bu da bir taledir yaşayıram.Övladımın baş daşı ilə üzbəüz dayanıb farağat komandasına məhkum oluram.O,zabit baxışlarıyla məni süzür.Hiss edirəm ki,cavabları bəlli sualları çoxdur.Hər ikimiz susuruq.Mən qayğılı,o,isə məhzun...
Lənətə gəlmiş həyat belə(mi) olmalı(dı)ymış?(!)
Bu ziyarət məndə ovqatıma xas bir hiss oyadır.Qəbristanlığın gizli sirlərindən baş açmaqda çətinlik çəkirəm.Yəqin, hamı mənim kimidir...(?) Buradakı səssizlikdə də bir İlahi hikmət var-deyərdim.Kədərim ,qəmim daha çox burda məskunlaşır.Sən demə,ayrılıqlar da burdan başlayırmış..."Təki uyuyanlar cənnət sakini olsunlar,növbənöv güllərə su səpsinlər..."-düşünüb təsəlli tapmaq istəyirəm.
Günləri beləcə yola salıb ,ayrılığın qüssəsindən qopa bilmirəm.Ata-bala arasında olan qırıq xatirələr canı üzməkdədir...
Ziyarəti tərk edərkən bir neçə dəfə Kəbə evini təvaf etdiyim kimi baş daşına dolanıram və sonra geriyə baxmadan ayrılıram.Dəfələrlə olub, geriyə baxanda onun haray qopardığını bu kar qulaqlarımla eşitmişəm:"Ata,yenə məni burda qoyub gedirsən?..."Necə , ay bala necə?.
Məndə İlahi gücmü var?!..
Beləcə arxaya baxmadan,məcbu
ri ayrılırığın harınlamış baxışlarına tuş gəlirəm...Bütün bunların hikmətini tək Allah bilir.
Nəyin yaxşı ,nəyin pis olduğunu da O bilir!
Əziz izləyicilər!
Birdən elə başa düşərsiniz ki,niyyətim dərdimi ictimailəşdirməkdir.Əsla yox!2002-ilin noyabrından bu günə kimi nə onun xidmət etdiyi Dövlət Sərhəd xidmətindən,nə də yaşadığım RİH-dən bir nəfər də olsun şəhidin anım günü ilə bağlı məni soran olmayıb!!!Vətənpərvərlik elə bizim üçünmüş?!Bizim uşaqlarımız Allah əff etsin, dovşan balalarıdır?DSX bizim dərdimizi bilməz! çünki onlar övlad dağını görməyiblər(heç qismət də olmasın)! Onlar bizi hardan başa düşəcəklər ki?...Mənim tək valideynlər çoxdur-deyə təskinlik tapıram...
xxx
Qızdırmalı xatirələrimi odlayan,ləyaqət ,abır,həya və iffət rəmzi kimi gözlərimin önündə canlanan çəkilişlər də var .
İkinci dünya müharibəsinin ilk aylarında hərbi komissarlıq kiçik dayımı ailə həyatı qurduqdan bir-neçə gün sonra cəbhəyə "Böyük Vətəni"qorumağa yola salır...
Döyüşlər bitir,faşizm üzərində qələbə çalınır.Hamı tərxis olunur.Amma dayımın nə "qara"kağızı gəlir,nə də itkin düşməsi haqda
bir məlumat daxil olur.Heç bir xəbər-ətər də yox.
Savadsız kənd xanımı ümidini üzmür.
Cavanlığı keçir,gənclik rövnəqi ötüşür,dərd və ələm onun simasında silinməz izlər buraxır.Yenə ümidini itirmir."Kağız yoxsa,deməli sağdır.Nə vaxtsa qayıdacaq".Bu ümidlə ömrünün son anına qədər yaşadı.
Danışırlar ki,ruhun boğazında qəbz olunduğu bir anda gözlərini divardan asılan şəkilə dikmişdi...
Ömrünün 50 yaşı ərəfəsində ona ikinci dəfə ailə həyatı qurmaq təklifini edəndə hiddətlənibmiş...
Beləcə,
amansız ölüm kinayə ilə qapını döymüş,ömür bitmişdi...
Başının üstündə olan az saylı doğmalar"bu xanımın da qara baxtı oldu,arzuları puç çıxdı"-deyiblər...Bir- birilərini qınayıblar ki,zamanında ona həmdərd ola,onu vaxtında təkrar izfivaca inandıra bilmədikləri üçün çöhrəsi solmuş dayım arvadına baxmaqdan xəcalət çəkibmişər..
xxx
İlahi rəvayətlərdən məlum olur ki,Cənab Haqq bir gün Əzrayıla(ə.s) dəryada üzən gəmini sərnişinlərilə suda qərq etməsini əmr edir.
Qısa müddətdən sonra Aləmlərin Rəbbi Əzrayıldan(ə.s) soruşur:
Ya Əzrayıl!
Mənim əmrimi icra etməməyə sənə kim(nə) mane oldu?
-Ya Rəbbim!
Sən ki,hər şeyi bilən və görənsən.Əmrini ana və baladan başqa büsbütün yerinə yetirdim.Çağa-südəmər körpə iki əlli anasının döşlərindən elə yapışmışdı ki,onu anasından,ananı da balasından ayıra bilmədim.Əff et ,Ya Rəbbim,əff et!
Rəbbimiz: Əğər o uşağın böyüyəndə kim olacağını bilsəydin,yəqin ki,belə davranmazdın.
-Kim oldu Ya Rəbbim o uşaq?
-Nəmrud! İbrahim Peyğəmbəri atəşdə -tonqalda yandıran Misir fironu Nəmrud!...
Belə İlahi hikmətlərlə zəngin hekayətləri oxuyanda Allahın qəzavü- qədərilə barışmamaq küfrlükdən başqa bir şey deyilmiş.Yetər ki,Allahı göydə yox,hər an yanında olduğunun qənaətinə gələsən.Hər şeyi bilən,duyan ,görən,hətta ürəyimizdən keçənlərin bəzən Kim tərəfindən həqiqətə çevrildiyinə əmin plduqda başqa cür düşünməyə yer qalmır.
Tanrı Dövlətimizi qüdrətli etsin, Türkü qorusun !Şəhid balalarımızın ruhu şad olsun,xidmətləri dərəcəyə çatsın!
Allahdan Qazilərimizə ,Covid xəstələrinə şəfa, mənsəb sahiblərinə mərhəmət və qayğıkeşlik,düşmənlərimizə əzab yağışı arzulayıram!"...
Paralel.az