Tapdıq Abbas: " Bu cür yersiz hərəkətlər cəmiyyətdə daha çox hakimiyyətin hörmətdən düşməsinə xidmət edir"

Tapdıq Abbas:
 

Tapdıq Abbas yazır: "Azərbaycan ordusunun (sadə xalqın övladlarının) erməni işğalçılarından azad etdikləri torpaqlara, xüsusən Azərbaycan musiqisinin beşiyi Şuşa qalasına səfərə yalnız hakimiyyətin tapşırığı ilə siyahı tutan şəxslərin yaxın adamları, dostları, tanışları, trolları və digər adamları daha çox daxil olur.

Çox doğru olaraq bu da, cəmiyyətdə ayrıseçkiliyin və diskriminasiyanın aydın təzahürü kimi qiymətləndirilir. Hakimiyyətlə xalq arasında daim bölücülük yaradan və bu bölünmədən fayda əldə edən aşağı ranqlı məmurların (bilərəkdən və ya bilməyərəkdən) etdiyi bu cür yersiz hərəkətlər cəmiyyətdə daha çox hakimiyyətin hörmətdən düşməsinə xidmət edir...

Düşünürəm ki, Şuşaya təşkil edilən səfərlərə ilk növbədə şəhid ailələri, müharibə əlilləri və veteranlarından ibarət heyət cəlb olunsaydı, bu, vətən müharibəsində hakimiyyətlə xalq arasında yaranmış möhkəm birliyə əlavə güc verərdı, amma çox təəssüf..."
 
Şahnaz
0.017050981521606