Zabihullah Mücahid:"Proses “bitməyə yaxındır”
Paralel.az xəbər verir ki, adının açıqlanmaması şərtilə Amerikanın Səsinə danışan Talibanın yüksək səviyyəli lideri deyib ki, qrup hazırkı “Rəhbəri Şura”sının bütün hazırkı üzvlərinin daxil olduğu yeni kabinetini elan etməyin son mərhələlərindədir.
Talianının ali komandiri Hibatullah Axundzadə Talibanın yarandığı Qəndahar şəhərində müavinləri olan Haqqani şəbəkəsinin başçısı Siracuddin Haqqani, Talibanın qurucusu Molla Ömərin oğlu və Talibanın hərbi komissiyasının başçısı Molla Məhəmməd Yaqub ilə birlikdə məsləhətləşmələr aparır.
“Hazırda Taliban rəhbərliyi müxtəlif etnik qruplar, siyasi partiyalarla və İslam Əmirlikləri daxilində həm Əfqanıstanda həm də xaricdə qəbul edilən və tanınan hökumətin formalaşdırılması ilə bağlı məsləhətləşmələr aparır,” Talibanın bir digər yüksək səviyyəli lideri Şer Məhəmməd Abbas Stanikzai şənbə günü televiziyada yayımlanan çıxışında bildirib.
Talibanın sözçüsü Zabihullah Mücahid Amerikanın Səsinə bildirib ki, proses “bitməyə yaxındır.”
Rəhbərlik Siracuddin Haqqani və digər müavin Molla Məhəmməd Yaquba kabinet siyahısını yekunlaşdırmağı tapşırıb. Adları son olaraq Axundzadə özü təsdiq edəcək.
O deyib ki, kabinetin 26-dan çox üzvü və rəhbərlik şurası üzvlərindən başqa insanlar da daxil ola bilər.
Rəhbəri Şura Talibanın ən önəmli qərarverici orqanıdır və Axundzanənin özü başçılıq edəcək.
Taliban hökumətin inkluziv olduğunu iddia etsə də, sözçü hakimiyyəti bölüşməyin qrupun prioritetində olmadığını deyib.
“Heç bir siyasi liderlərlə onu hökumətə daxil etməklə bağlı razılıq əldə olunmayıb,” Mücahid Səid bildirib. “Mən açıq bildirmək istəyirəm ki, hakimiyyəti başqaları ilə bölüşmək bizim diqqətimizdə deyil.”
O deyib ki, qrup yeni idarəçilik sistemi ilə bağlı “tanınmış simalar, ulema və keçmiş mücahid liderlərin fikirlərini alır.
Şura Prezident Sarayını ələ keçirəndən sonra avqustun 21-də Kabildə ilk rəsmi görüşünü keçirib. Görüşə Haqqani və Yaqub sədrlik edib. O zamandan bəri şura üzvləri və başqa yüksək səviyyəli rəsmilər demək olar hər gün qeyri-rəsmi görüşlər keçirirlər.
“Şura ümumilikdə belə bir qərara gəlib ki, əgər Birləşmiş Ştatlar və başqa işğalçılar avqustun 31-dək geri çəkilsələr, İslam Əmirliyi [Talibanın hökumətinə verdiyi ad] kabinetini elan edəcək,” yüksək səviyyəli lider deyib. “Əmin əl Möminin düşünür ki, əgər hökumət Amerika qüvvələri ölkədə mövcud ikən elan olunsa, bu, suallat doğura bilər.”
O deyib ki, şura kabinetin Axundzadənin özü tərəfindən televiziya vasitəsilə elan olunmalı olduğunu nəzərdən keçirir.